Qorxmaz İmanovun «LAP Lambert Academic Publishing» nəşriyyatında dərc olunan yeni kitabı
02.02.2017 / XəbərlərAMEA İSİ "Fuzzy iqtisadiyyat" laboratoriyasının rəhbəri, i.e.d, professor Qorxmaz İmanovun "LAP Lambert Academic Publishing" nəşriyyatında yeni "Milli davamlı inkişaf strategiyasının keyfiyyətinin qiymətləndirilməsi modeli" kitabı çapdan çıxmışdır. Bu iş Azərbaycanın Milli davamlı inkişaf strategiyasının keyfiyyətinin qiymətləndirilməsinin qeyri səlis modellər sisteminin işlənməsinə həsr olunmuşdur və Azərbaycan Milli elmlər Akademiyasının Rəyasət Heyətinin 11 fevral 2015-ci il tarixli 5/3 nömrəli qərarına əsasən yerinə yetirilmişdir.