“Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçirildi
30.11.2016 / XəbərlərRabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, "Huawei” şirkətinin sponsorluğu ilə 29-30 noyabr tarixlərində "Bakutel-2016” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Hilton"otelində "Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçirilmişdir.
Konfransda "Huawei”, "SAP” və "Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların nümayəndələri iştirak etmişdir.
Tədbir çərçivəsində "İKT strategiyası və "Əşyaların İnterneti”nə dair Planlar”, "Əşyaların İnterneti” Mühiti və Marketinq Təhlili” ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunmuşdur. Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olundu.
Konfrasda AMEA İSİ "Xarici əlaqələr və innovasiya" şöbəsinin rəhbəri, t.ü.f.d. T.Babayev, elmi işçilər A.Əliyeva və S.Babayeva da iştirak etmişdirlər.