Akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının xarici üzvü seçilib
02.11.2016 / XəbərlərBakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının Xarici Üzvü seçilmişdir. Bu, onun çoxillik səmərəli elmi fəaliyyətinə, əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir, eyni zamanda, Azərbaycan elminin növbəti ciddi uğurudur.
AMEA İdarəetmə Sistemləri İnstitutunun kollektivi Abel Məhərrəmovu bu münasibətlə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayır, Azərbaycan elmini beynəlxalq aləmdə layiqincə təmsil etdiyinə görə minnətdarlığını bildirir!