Kibernetika İnstitutunda laboratoriyaların birləşmiş seminarı keçirildi
24.11.2011 / Dissertasiya şurasının iclasları24 noyabr 2011-ci il tarixində Kibernetika İnstitunun 7 saylı "Fаzi iqtisаdiyyаt”, 8 saylı "Fiskаl strateqiyasının modelləşdirilməsi” və 9 saylı "Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi” laboratoriyalarının birləşmiş seminarı keçirilmişdir.
Seminarda r.e.f.d. R. Rzayevin rəhbərliyi ilə İran İslam Respublikası vətəndaşı Ruzbeh Rəhmaniyanın iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almaq üçün yerinə yetirdiyi "Şitilliklərin səmərəliliyinin ölçülməsi üçün verilənlər örtüyünün təhlili (DEA) modelindən istifadə edilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.