İnstitutunun əməkdaşları Tiflisdə keçiriləcək beynəlxalq iclaslarda ekspert qismində iştirak edəcəklər
04.09.2015 / XəbərlərISI nin əməkdaşları şöbə müdiri və AB-nin İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə Azərbaycanda Milli təmsilçisi T. Babayev, laboratoriya mudiri Gulçin Abdullayeva və baş elmi işçisi Fahrad Paşayev 9-11 Sentyabr 2015-ci il tarixlərində Tiflis şəhərində keçiriləcək AB-nin HORİZON 2020 Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramina həsr edilmiş İNfoGÜN , Avropa Texnologiyaları Platformaları ( NEM və NESSİ ) iclası və PAN Avropa elmi və tədris şəbəkəsi GÉANT -a həsr edilmiş iclaslarda İKT ekspertləri qismində iştirak etmək uçun dəvət olunmuşlar.
T.Babayev konfransda Milli səviyyədə Avropa və Şərqi tərəfdaşlıq ölkələri arasında Rəqəmsal bazar fəaliyyətinin harmonizasiyası çərçivəsində Azərbaycanda görülən hazırlıq işləri barədə məruzə ilə çıxış edəcək və Azərbaijan alimlərinin Avropa Komissiyasının bu ilin oktyabr ayında Lissabon şəhərində keçiriləcək İCT 2015 Konfranbsında təqdim ediləcək layihələrinin avropa ekspertləri ilə müzakirələrində (seçimində) iştirak edəcəkdir.
Gulçin Abdullayeva konfransda iki layihəni "Toksiki maddələrlə zəhərlənmələri diferensial diaqnostika və monitorinq edən intellektual-informasiya sistemi” və " Ortopediyada cərrahi müdaxilə seçiminin intellektual sistemi” təqdim edəcək.
Fahrad Paşayev isə "Seysmo-akustik siqnalların robast-noise texnoloqiyaları əsasında emalı vasitəsi ilə Seysmik proseslərin monitorinqi üçün qərar qəbul etməyə dəstək sistemnin yaradılması” layihəsini təqdim edəcək.