İSİ aliminin məqaləsi World Scientists Indexinə daxil edilmişdir
17.04.2015 / XəbərlərAzərbaycan aliminin müasir informasiya (rəqəmsal) iqtisadiyyatının əsas probleminə həsr olunan məqaləsi World Scientists Indexinə (WSI) daxil edilmişdir.
İnformasiya (rəqəmsal) iqtisadiyyatına keçidin əsası informasiya-kommunikasiya texnologiyalarının (İKT) iqtisadiyyatın müxtəlif subyektlərinin iqtisadi inkişafına və ilk növbədə, regionların iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi problemidir.
Problem olduqca çox mürəkkəbdir. Problem bugünə qədər çox saylı müzakirələrin predmetini təşkil edir və 25 ildən çox iqtisadi təcrübədə "R. Sollou paradoksu” kimi məlumdur.
Problem çoxfaktorlu, qeyri-müəyyən və dinamik xarakterlidir və ekonometrikanın ənənəvi üsullarının köməyilə həll olunmur.
İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Qarayev Robert Əsədulla oğlunun «Choice of a Strategy of Regional ICT-management. Cognitive Paradigm» (International Journal of Managing Information Technology. Vol.5, No.3, August 2013) məqaləsində problemin həlli üçün yeni yanaşma təklif olunur.
Yanaşma İKT-nin iqtisadi təsirinin qiymətləndirilməsi, həmçinin bu təsirin idarə olunması, ümumiyyətlə, İKT-menecmentin effektiv bərqərar olunmasına geniş imkanlar açan koqnitiv modelləşdirmənin ideya və üsullarına əsaslanmışdır.
Məqalənin rus versiyası "Regional İKT-menecmenti strategiyasının seçimi. Koqnitiv paradiqma” (Rusiya və xaricdə menecment, 2013, № 1) Rusiya, Ukrayna, Belorusiya, Kazaxstanın ali məktəblərinin kitabxana saytlarında yerləşdirilmişdir.