Sankt-Peterburq şəhərində keçirilən seminarda iştirak
26.09.2014 / Xəbərlər25-26 sentyabr 2014-cü ildə Sankt-Peterburq şəhərində "RUSİYANIN ARKTİK ZONASININ İNKİŞAFI: BEYNƏLXALQ ƏMƏKDAŞLIQ, EKOLOJİ VƏ SOSİAL PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ" mövzusunda seminar keçirilmişdir. Seminarda İnstitutumuzun aparıcı elmi işçisi, t.e.f.d. Paşayev Fərhad Heydər oğlu "Seysmimühafizənin robast sistemləri və onların Arktik regionlar üçün uyğunlaşma problemləri" mövzusunda məruzə ilə çıxış etmişdir.