İ.Məmmədov xarici jurnalda redaksiya heyətinin üzvü seçildi
21.09.2013 / Xəbərlər2013-cü il "İKT” ilində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə sürətlə qloballaşan Müstəqil Azərbaycan Elminin Dünya Elminə inteqrasiyası istiqamətində daha bir nailiyyət əldə edildi. AMEA Kibernetika İnstitutunun Gənc Alimlər Şurasının sədri, institutumuzun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Qürbət oğlu Məmmədov xüsusi törəməli qeyri-klassik diferensial tənliklər üçün həlli klassik üsullarla əhatə olunmayan lokal və qeyri-lokal başlanğıc-sərhəd məsələləri sahəsində mütəxəssis kimi tanınaraq, 21 sentyabr 2013-cü il tarixində Amerika Birləşmiş Ştatlarında (Science Publishing Group, USA) dərc olunan "Applied and Computational Mathematics " jurnalında redaksiya heyətinin üzvü seçilmişdir. Bununla da o, ABŞ-da dərc olunan tətbiqi riyaziyyatın müasir problemlərindən bəhs edən 5 (beş) xarici jurnalın redaksiya heyətində AMEA Kibernetika İnstitutunu təmsil edir. Həmin jurnallar aşağıdakılardır:
1) "Applied and Computational Mathematics"
2) "American Journal of Applied Mathematics and Statistics"
3) "Applied Mathematics and Physics"
4) "Journal of Mathematical Sciences and Applications"
5) "Universal Journal of Computational Mathematics"
Bu sadalanan faktlar Müstəqil Azərbaycanın Dünyada tanıdılması istiqamətində mühim rol oynamaqla bərabər, bizim alimlərimizin dünya alimləri qarşısında qazandığı elmi nüfuzunu və eyni zamanda elmdə ciddi söz sahibi olduğunu nümayiş etdirir!