Aşqabadda keçirilən beynəlxalq konfransda iştirak
14.06.2013 / Xəbərlər12-14 iyun 2013-cü ildə Aşqabadda keçirilən "Xoşbəxtlik və əzəmətlik dövründə elm, texnika və innovasiya texnologiyaları” adlı beynəlxalq elmi-praktiki konfransında iştirak. Akademik Telman Əliyev "Anomal seysmik proseslərin və tikinti obyektlərinin seysmodayanıqlığının birləşdirilmiş noise monitorinq sistemi” adlı məruzə ilə çıxış etdi. Həmçinin Aşqabadda Türkmənistan Elmlər Akademiyasının Seysmologiya İnstitutunun təcrübəli mütəxəssisləri ilə anomal seysmik proseslərin robast noise monitorinq (RNM ASP) stansiyalarının yaradılması üzrə hazırlıq işlərinin başlanması barəsində bir sıra danışıqlar aparılmışdır. Ekspedisiya təşkil edilmişdir, və Aşxabaddan 100 km Xəzər dənizi tərəfə, Kopet dağının ətəyində iki yararlı quyu seçilmişdir. Bu stansiyaların quraşdırılması üçün artıq bir sıra hazırlıq işlərinin aparılmasına başlanılmışdır.