İ.Məmmədov xarici jurnalda redaksiya heyətinin üzvü seçildi
23.05.2013 / XəbərlərAMEA Kibernetika İnstitutunun Gənc Alimlər Şurasının sədri, institutumuzun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Qürbət oğlu Məmmədov Amerika Birləşmiş Ştatlarında (Horizon Research Publishing, USA) dərc olunan "Universal Journal of Computational Mathematics" jurnalında redaksiya heyətinin üzvü seçilmişdir.
Bu həm institutumuz üçün ,həm də, Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisədir.
keçid: http://www.hrpub.org/jour_info.php?id=24&t=1