Dissertasiya işinin müdafiəsi keçirilmişdir
29.02.2016 / Dissertasiya şurasının iclasları29 fevral 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilmişdir.
İclasda r.e.d., professor F.G. Feyziyevin rəhbərliyi ilə Babavənd Ərəblu Mehrdad Aslan oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Səhvlərə nəzarətedici blok kodlarında səhvlərin aşkarlanma və düzəldilməsi alqoritmlərinin effektiv reallaşdırılması" mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib.