Kibernetika İnstitutunun əməkdaşları "Grand Prize"-yə layiq görülmüşlər
09.11.2011 / XəbərlərKibernetika İnstitutunun 3 saylı "İdarə olunan kütləvi xidmət sistemləri” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, f.r.e.d, professor Asəf Hacıyev, laboratoriyanın əməkdaşları Hilalə Cəfərova və Turan Məmmədov "Hərəkətdə olan hissəciklərin riyazi modelləri və onların kütləvi xidmət sistemlərinə tətbiqi” mövzusunda çıxışlarına görə "Management Science and Engineering Management” beynəlxalq təşkilatının 7-9 noyabr 2011-ci ildə Çinin Makau şəhərində keçirdiyi 5-ci "Müasir idarəetmə məsələləri” beynəlxalq konfransının ən yüksək mükafatı olan "GRAND PRİZE”-yə layiq görülmüşlər.