9-cu (Call9) İnfogününə həsr edilmiş iclas keçirildi
10.11.2011 / Xəbərlər9-10 noyabr 2011 ci il Parisdə, (UBIFRANCE PARIS The French Agency for International Business Development ) Fransada Avropa Birliyinin Avropada və ondan kənarda fəaliyyət göstərən İKT Milli Dayaq Nöqtələri arasında Beynəlxalq Əməkdaşlığın gücləndirilməsinə yönəlmiş "İDEALİST 2014” layihəsi tərəfindən keçirilmiş İKT Milli Dayaq Nöqtələrinin görüşündə və AB-nin 7-ci çərçivə proqramının 9-cu Çağırış (Call9) İnfogününə həsr edilmiş iclasında Kibernetika İnstitunun nümayəndəsi T.Babayev iştirak etmişdir.
Görüşdə "İDEALİST 2014” layihəsinin 3 il ərzində həyata keçirəcəyi 6 işçi proqramlar haqqında geniş məlumat verilmişdir. 2012 ci il üçün nəzərdə tutulan görüş, konfrans və tədris proqramına daxil edilmək üçün həmin ilin sentyabr ayında Bakıda keçilriləcək "PCİ 2012” Beynəlxalq konfransda iştirak etmək üçün təklif irəli sürdüm. Təklifin əsas məqsədi İKT sahəsində fəaliyyət göstərən Azərbaycan alimlərinin AB-nin Elmi Tədqiqat və Texnoloji İnkişaf Çərçivə proqramlarında aktiv iştirakına şərait yaratmaqdır. Bu məqsədlə " PCİ 2012 ” Beynəlxalq Konfransı çərçivəsində Avropa Birliyinin Çərçivə proqramına həsr edilmiş xüsusi sessiya keçirilməsi və aşağıdakı məsələlərin əhatə olunması nəzərdə tutulur:
1. AB-nin Elmi Tədqiqat və Texnoloji İnkişaf Çərçivə proqramlarının imkanları barədə məlumat;
2. Çərçivə proqramları layihələrində iştirak etmək qaydaları;
3. Təqdim olunan layihələrin strukturu və yazılma qaydaları;
4. 2013 cü il üçün elan olunacaq layihələr haqqında;
5. Layihələrin qiymətləndirilmə kriteriyaları;
6. 2014-2020 illər üçün "HORİZONT 2020” proqramı və s.
Təklif prinsipial olaraq qəbul olundu və "PCİ 2012” Beynəlxalq Konfransının təşkilat komitəsinin razılığı olduğu təqdirdə müvafiq hazırlıq işlərinin görülməsinin və "İDEALİST 2014” Layihəsi hesabına AB ölkələrinin nümayəndələrinin müvafiq təqdimat-çıxışlarla Azərbaycana göndərilməsi planlaşdırıldı.