Asəf Haciyev XX-ci Avrasiya Summitində iştrak etmişdir
12.04.2017 / XəbərlərAMEA-nın İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin nəzəri problemləri” şöbəsinin müdiri, akademik Asəf Haciyev aprel ayının 5-6 tarixlərində İstanbulda keçirilən XX-ci Avro-Asiya Sammitində iştirak etmişdir. Sammitdə bir neçə ölkənin Prezidentləri və Baş Nazirləri, deputatlar və nazirlər iştrak etmişdirlər. Asəf Haciyev çıxışında dünya üçün təhlükəli olan terrorla mubarizə və terror nəticəsində böyük sayda olan qaçqınlar məsələsinə toxunmuşdur. Terror nəticəsində dünya iqtisadiyyatına vurulan ziyan bu gün 400 mlrd. ABŞ dollarını keçmışdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına vurulan zərər artıq qeyd olunan rəqəmin 10%-dan çoxdur.
Əgər dünya əhalisinin hər 110 nəfəridən biri qaçqındırsa, Azərbaycanda bu rəqəm dahada yüksəkdir, hər 9 nəfərdən biri qaçqındır və dünya içtimayəti bu haqda ciddi düşünməlidir.
Asəf Hacıyev çıxışında Qara Dəniz bölgəsində elm və təhsil məsələlərinə toxunmuşdur. Bu sahədə islahatların vacibliyindən danışmış, son illər AMEA-da keçirilən islahatlardan məlumat vermişdir.
Sammitin sonunda Asəf Haciyev müxtəlif sahələrdə apardığı aktiv fəaliyyətə görə Marmara Fondunun xüsusi medalı ilə təltif edilmişdir.