Tiflisdə Avropa Komissiyasının Rəqəmsal bazarların uyğunlaşdırılması təşəbbüsü HDM çərçivəsində EU4Digital e-HEALTH konfransı keçirilmişdir
21.02.2017 / XəbərlərXƏİŞ-nin müdiri, AB-nin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET-in (Gələcəyin Qabaqcıl Texnologiyaları) milli təmsilçisi və HDM üzrə ələqələndirici şəxs T. Babayev 20-21 fevral 2017-ci il Tiflis şəhərində AB-nin Şərqi tərəfdaşlıq lahiyəsi cərcivəsində "HDM initiative” Rəqəmsal bazarların uyğunlaşdırılması təşəbbüsü və Azərbaycan Səhiyyə nazirliyinin Səhiyyənin informasiyalaşdırılması Mərkəzinin Monitorinq və Treyninq Şöbəsinin müdiri Emin İsmaylov ilə birlikdə EU4Digital: e-Health konfransında iştirak etmişdir. Konfransda, Şərqi tərəfdaşlıq Ölkələrində elektron səhiyyənin vəziyyəti barədə 6 ölkə nümayəndələrinin çıxışını dinləmişdir.
Yeni yaradılan elektron səhiyyə şəbəkəsinin fəaliyyətini təmin etmək məqsədi ilə görüşdə 3 sənəd müzakirə edilmişdir:
-2017-2019 ci illər üçün ış planı
- əməkdaşlıq barədə Protokol
- Sorğunun keçirlməsi barədə Texniki tapşırıq ToR (Term of Reference)