AMEA-da “İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti seminar keçirilib
18.11.2016 / XəbərlərNoyabrın 18-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti seminar keçirilib. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə keçirilən seminar AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü, Gənc Alim və Mütəxəssislər Şurası və Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
İnnovasiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev akademiyada elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər, aparılan uğurlu islahatlar barədə məlumat verib və bölmənin alim və mütəxəssislərini YTP-nın gələcək fəaliyyətində daha yaxından iştirak etməyə, öz innovativ ideya və təkliflərini təqdim etməyə çağırıb.
Daha sonra AMEA İnnovasiya şöbəsinin baş mütəxxəsisi Samir Vəliyev - AMEA –da innovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılmasının təşkili ilə bağlı, AMEA Müəllif Hüquqları və Patent şöbəsinin müdiri Sadıx Nəbiyev - Elmin kommersiyalaşdırılmasında patent və lisenziyaların rolu ilə bağlı, Azərbaycan Memarlıq və İnşaat Universiteti Beynəlxalq Proqram və Layihələr rəhbəri Arif Nəcimov - Beynəlxalq Proqram və layihələrdə iştirak təcrübəsi ilə bağlı nitqlərlə çıxışlar etmişdirlər.
Seminarda İSİ-nin aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev, "Xarici əlaqələr və İnnovasiya” şöbəsinin elmi işçiləri Aygün Əliyeva, Sevinc Babayeva və Hidayətzadə Səyyarə də iştirak etmişdirlər.