Əməkdaşlıq haqqında Saziş
30.04.2014 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və Neuron Technnologies MMC arasında əməkdaşlıq haqqında Saziş...
Sazişdə imzalanmışdır: Birgə elmi-tədqiqatlar, təcrübə və məlumat mübadiləsinin aparılması, "İdarəetmə Sistemləri İnstitutu” tərəfindən işlənib-hazırlanmış elmi-tədqiqat işləri və ya araşdırmaların "Neuron Technologies” tərəfindən təcrübədə, o cümlədən istehsalatda və sənayedə geniş tətbiqi istiqamətində əməkdaşlığı həyata keçirməsi nəzərdə tutulur.
Eyni zamanda bu sazişə əsasən İdarəetmə Sistemləri İnstitutu "Ürək-damar sistemində patofizioloji proseslərin küylərin analizi əsasında robast diaqnostikasını və proqnozlaşmasını təmin edən monitorinq sistemi” ilə əlaqədar tədqiqat işlərinin aparılması üçün Neuron Technnologies şirkətinə Matlab («Matrix Laboratory») proqramlaşdırma dilində yazılan ürək-damar sisteminin monitorinqi üçün hazırlanan proqram və 3MTM Littmann : Model 3200 tipli Elekton Stetoskopunu təhvil vermişdir.