Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclası keçirildi
04.06.2014 / Xəbərlər04.06.2014-cü ildə İdarəetmə Sistemləri İnstitunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti Büro iclası keçirilmişdir.
İclasda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul haqqında qərar qəbul edildi.
İclasda fizika üzrə fəlsəfə doktoru R.Mehdiyevanın Radiasiya Problemləri İnstitutunun (RPİ) elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru İ.Qabulovun RPİ-nin beynəlxalq əlaqələr üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru M.Nuriyevin RPİ-nin elmi katibi vəzifələrinə təsdiq edilməsi haqqında və digər cari məsələlər müzakirə edildi.