Beynəlxalq konfransda iştirak
31.05.2014 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 2014-cü il may ayının 26-dan 31-nə kimi Türkiyənin Fethiye şəhərində keçirilən ənənəvi The 7th International Conference "Inverse Problems: Modeling and Simulation" (IPMS2014) konfransinda iştirak etmişdir: http://www.ipms-conference.org
Rəhimov A.B. konfransda "İnteqral şərtlə verilmiş hiperbolik tənlik üçün bir tərs məsələnin ədədi həlli” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, mövzu ərafında müxtəlif suallar verilmişdir.
Konfransda tərs məsələlər sahəsində 30-dan çox ölkədən 250-dən çox nüfuzlu alim iştirak etmişdir. Konfransda edilmiş məruzələr məqalə şəklində bu sahədə nüfuzlu jurnallar hesab olunan, "Thomson Reuters” Agentliyinin Science Citation Index (SCI) siyahısına daaxil olan və yüksək impakt faktora malik "Inverse Problems in Science and Engineering”, "Inverse Problems”, "Journal of Inverse and Ill-Posed Problems” və "Inverse Problems and Imaging” kimi Beynəlxalq jurnalların konfransa həsr olunmuş xüsusi buraxılışlarında nəşr olunacaqdır.
Konfransın adı:
The 7th International Conference "Inverse Problems: Modeling and Simulation", May 26-31, 2014, Fethiye, Turkey...
"Tərs məsələlər: Modelləşdirmə və Simulyasiya” 7-ci Beynəlxalq konfransı,
26-31 may, 2014, Fethiye, Türkiyə...
Mövzu (Rus, İngilis, Azərbaycan):
Numerical solution to an inverse problem for a hyperbolic equation with integral overdetermination condition...
К численному решению обратной задачи для гиперболического уравнения с интегральным условием переопределения...
İnteqral şərtlə verilmiş hiperbolik tənlik üçün bir tərs məsələnin ədədi həlli...