İSİ-nin elmi innovativ layihələrin təqdimat mərasimi
28.11.2017 / Xəbərlər28.11.2017-ci il tarixində AMEA İdarətmə Sistemləri İnstitutunda elmi innovativ layihələrin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə AMEA YT Parkının və AME İSİ-nin əməkdaşları iştrak etdilər. Mərasimdə İSİ-nin direktoru akademik Telman Əliyev və AMEA YT Parkının direktoru Vüqar Babayev açılış nitqi ilə çıxış ediblər.
Tədbir çərçivəsində İdarətmə Sistemləri İnstitutunda son zamanlar yaradılmış və böyük innovativ – tədqiq əhəmiyyətli aşağıdakı layihə təklifləri Yüksək texnologyalar Parkına təqdim edilmişdir :
- Neftçixarmada intellektual online idarəetmə sisteminin yaradilmasi və texnoparkda istehsali;
- Magistral neft qaz kəmərlərində və neft-qaz müəssisələrində istifadə olunan kompressor qurğulari üçün qəzaların gizli dövrünün intellektual monitorinq sisteminin yaradılması;
- Dəniz stasionar platformalarının qəzalarının başlanmasının gizli dövrünün monitorinq sisteminin yaradılması;
- Qazma zamanı qüsurların yaranmasına və onların inkişaf dinamikasına nəzarət sisteminin yaradılması;
- Seysmik proseslərin monitorinqi üçün RNM ASP Stansiyalar şəbəkəsinin yaradılması;
- Smartfon vasitəsi ilə ürəyin vəziyyətinin noise nəzarəti sisteminin yaradılması və tətbiqi;
- Mühərriklərin idarə edilməsi üçün Tezlik Çeviricilərinin (TÇ) və TÇ-əsaslı Enerjiyə Qənaət Avadanlıqlarının (EQA) istehsalı;
- Kənd təsərrüfatı üçün çoxfunksiyalı mobil robot-texniki kompleksin yaradılması; (Belarusiya Politexnik Universiteti ilə İSİ və Texnoparkın birgə layihəsi)
- Müasir tipli Yanacaq Paylama Kalonkalarının (YPK) istehsalı;
- Reklam sənayesində geniş yayılmış LED Displey panellərinin istehsalı;
- Elektro stansiyaların avadınlıqlarının qəza vəziyyətinə keçməsinin gizli dövrünün başlanmasının və inkişaf dinamikasının nəzarət sisteminin yaradılması;
- Bakı-Tiflis-Kars dəmir yolunun seysmik təhlükəsizliyi, vaqonların və dəmir yolunun texniki nasazlığının başlanğıc dövrünün və inkşaf dinamikasının xəbərdarlıq nəzarət sisteminin yaradılması
- İşıqforun idarəetmə sisteminin yaradılması.
Təqdimat və İSİ-nin layihələri ətrafında aparılan geniş müzakirələrdə yerli mütəxəssislər və EPC Konsaltinq Group Şirkətinin rəhbəri Mohammad Miabi iştrak etdilər.
Tədbirin sonunda EPC Konsaltinq Group Şirkəti, AMEA YTP , investorlar və İSİ arasında gələcək qarşılıqlı əməkdaşlığ barəsində fikir mübadiləsi aparildı.