“Ali təhsilin innovasiyada rolu” mövzusunda seminar keçirildi
30.11.2017 / Xəbərlər30 noyabr 2017-ci il tarixində Dünya bankının dəstəyi ilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzində (İİTKM) “Ali təhsilin innovasiyada rolu” mövzusunda seminar keçirilmişdir.
Seminarda İİTKM-nin icraçı direktoru Dr.Vüsal Qasımlı və Dünya Bankının Missiya rəhbəri İqor Xeyfets açılış nitqi ilə çıxış etdilər..
Dünya Bankının eksperti Dr. İvona Barovik İnnovasiyalarda ali təhsilin rolu üzrə aşağıdakı 3 istiqaməti əhatə edən təqdimatla çıxış etdi:
* Elmi tədqiqatların maliyyələşdirilməsi üzrə qlobal tendensiyaların nəzərdən keçirilməsi;
* Azərbaycanda texnologiyaların ötürülməsi üçün əlverişli mühit üzrə qlobal tendensiyaların nəzərdən keçirilməsi;
* Bacarıqların inkişaf etdirilməsi, sahibkarlığın təşviqi və innovasiya sisteminin idarə edilməsi.
Bundan əlavə AMEA-nın YTP-nın nümayəndəsi Vüsal Süleymanlı “AMEA və Elmi-Tədqiqat institutlarının innovasiyaların tədbiqində rolu” mövzusunda, ADİU-nin nümayəndəsi Anar Rzayev“Ali təhsildə tədqiqat və innovasiyaların təşviqi” mövzusunda və “Barama” İnnovasiya Sahibkarlığ Mərkəzinin nümayəndəsi İmran Bağırov “Azərbaycanda sahibkarlığın təşviqi və innovativ yanaşma” mövzusunda da çıxış etdilər.
AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin rəhbəri Tofiq Babayev təqdim olunan mövzular ətrafında müzakilərdə iştrak etdi.