Brüel & Kjær şirkəti tərəfindən əməkdaşlıq təklifi
18.01.2018 / Xəbərlər AMEA-nın İdarəetmə Sistemləri İnstitutu 2005-ci ildən başlayaraq müxtəlif obyektlər üçün robast informasiya sistemlərinin yaradılması üzərində işləyir. Bu sistemlərdə dünyanın aparıcı şirkətlərinin məhsulları istifadə edilir.
Məsələn Heydər Əliyev adına Bakı Neft emalı zavodunda MK 301/2 qaz kompressor qurğusunun vibrasiya vəziyyətinin diaqnostikası və baş verə biləcək qəzaların proqnozlaşdırılması informasiya sistemində Brüel & Kjær şirkətinın aşağıda qeyd edilən məhsullarından istifadə olunub:
- ASA-062 vibrasiya akselerometri
- 2694 A tipli gücləndirici
- AC-297 ATEX partlayış təhlükəsizliyi baryerı
Brüel & Kjær şirkətinın prezidenti Soren Xolst İSİ-yə göndərdiyi məktubunda 2030-ilə qədər və daha uzun müddətə aid olan yeni texnologiya və texniki ideayalar haqqında məlumat vermişdir və gələcək əməkdaşlığa ümid etdiyini bildirmişdir.