Akademik Asəf Hacıyev Bolqarıstanın Riyaziyyat İttifaqının dəvəti bu ölkədə səfərdə olmuşdur
15.02.2018 / XəbərlərAMEA- nın akademiki Asəf Haciyev 14-15 Fevral 2018-ci il tarixlərində Bolqarıstanın Riyaziyyat İttifaqının dəvəti ilə bu ölkəyə səfər etmişdi.
14 Fevral A.Haciyev Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunda keçirilən Bolqarıstanın Milli Riyaziyyət Kollokviumunda ”Ehtimal Nəzəriyyəsində Paradoksal Nəticələr və onların Tətbiqi” mövzusunda çıxış etmişdi.
15 Fevral 2018-ci il tarixində A.Haciyev Bolqarıstanın Riyaziyyat İttifaqının yaradılmasının 120-ci ildönümünə həsr olunmuş təntənəli iclasında iştrak etmişdi. İclasda Bolqarıstanın Prezidenti Rumen Radov, Baş nazirinin müavini, Parlament sədrinin müavini, nazirlər və Avropa Riyaziyyat Cəmiyyətinin sədri iştrak etmişlər.
A.Haciyev Avropa Riyaziyyat Cəmiyyətinin sədri prof. Pavel Exnerlə və tanınmış riyaziyyatçı, akademik B. Sendovla Azərbaycan Riyaziyyat Cəmiyyətinin bu İttifaqa üzv olması və əməkdaşlığı məsələləri müzakirə edilmişdir.