Dissertasiya şurasının növbəti iclası keçirildi
16.02.2018 / Xəbərlər16 fevral 2018-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-tədqiqat İnstitutunda Dissertasiya Şurasının iclası keçirilmişdir.
İclasda i.e.d., professor Sultanova Rəna Polad qızının rəhbərliyi ilə Aygün Əkbər qızı Əliyevanın iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 5311.01 – "Müəssisənin təşkili və idarə edilməsi" və 5312.01 – “Sahə İqtisadiyyatı” ixtisasları üzrə yerinə yetirdiyi "Azərbaycan sənaye müəssisələrində istehsala xidmətin təşkili" mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçirilmişdir.