Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
01.05.2018 / Dissertasiya şurasının iclasları01 may 2018-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 1.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda f.r.e.d., professor K.B.Mənsimov rəhbərliyi ilə Qarayeva Esmira Akif qızının riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Bir sinif diskret optimal idarəetmə məsələləri üçün optimallıq şərtləri" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.