Avropa Komissiyasının EU4Digital: eTrade şəbəkəsinin 4-cü seminarı keçirildi
16.05.2018 / XəbərlərAMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Xarici Əlaqələr və İnnovasiyalar” şöbəsinin müdiri T. Babayev Avropa Komissiyası Şərq Tərəfdaşlığı Platformasının “İqtisadi inkişaf və bazar imkanları" 2-ci paneli çərçivəsində “Rəqəmsal bazarının harmonizasiyası "şəbəkəsinin 4-cü seminarında iştirak etdi. Seminar, Belarusiyanın Minsk şəhərində, 2018-ci il may ayının 15-16-da keçirildi.
Seminarın əsas məqsədi:
a) 2018-2020-cu illər üçün nəzərdə tutulan eTrade şəbəkəsi fəaliyyətləri üzrə tematik işçi qrupların hazırladığı çoxtərəfli layihə təkliflərini və büdcələrini təqdim və müzakirə etmək;
b) Aİ-çərçivəsində planlaşdırılan əsas transsərhəd pilot layihələr üçün tələb olunan rəqəmsal infrastruktur bloklarının yaradılması üçün EU4Digital proqramı çərçivəsində tətbiq etmək üçün şəbəkə tərəfindən tövsiyə olunan prioritet təklifləri seçmək.
T. Babayev 2017 ci ildə EU4Digital e-Trade istiqaməti üzrə ekspert kimi elektron ticarət və elektron logistika ilə bağlı Azərbaycanda keçirilən sorğunun nəticələrinə dair hesabatla seminarda çıxış etdi. Həmçinin T. Babayev 2018-ci il sentyabr ayının 5-də açılacaq “Araşdırma və innovasiya”, (RİO) Horizon 2020 “MG-2-9-2019 İnCO Flagship aşağı emissiya və logistik ilə inteqrasiya multimodal sistemləri” layihələrində iştirak etmək üçün Şərq Tərəfdaşlığına üzv ölkələrini də dəvət etdi. Layihə təklifinin birinci mərhələdə təklif olunması üçün son tarix 16 yanvar 2019-cu il, ikinci mərhələ 12 sentyabr 2019-cu ildə nəzərdə tutulmuşdur.