İdarəetmə Sistemləri İnstitunda Qadınlar Şurasının təşkili
24.05.2018 / Xəbərlər24 may 2018-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitunda Qadınlar Şurasının təşkil olunması ilə əlaqədar AMEA Qadınlar Şurasının sədri AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzədənin, AMEA-nın Qadinlar Şurasının “Elm, inkişaf və mədəniyyət” bölümünün rəhbəri, dosent, doktor Ziba Ağayeva, AMEA-nın Qadinlar Şurasının elmi katibi və koordinatoru, f.ü.f.d. Samirə Kadiyevanın iştirakı ilə iclas kecirilmişdir. İclasda, giriş sözü ilə institutun direktoru, akademik T.A.Əliyev çıxış etmişdir.
“Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsinin rəhbəri, t.ü.f.d., dosent Əsədova Rəna Şərif qızı İdarəetmə Sistemləri İnstitunun Qadınlar Şurasının sədri, Hüseynova Aygün Əkbər qızı sədr müavini, Qurbanova Sədaqət Həsən qızı Şuranın katibi seçilmişdir. Həmçinin, Qadınlar Şurasının 11 nəfərdən ibarət tərkibi də müəyyən edilmişdir.