“Bilik və innovasiya iqtisadiyyatına əqli beynəlxalq konfrans keçirilib
05.06.2018 / Xəbərlərİyunun 5-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun nümayəndələri t.e.d. Rəna Əsədova və elmi işçi Aygün Əliyeva da iştirak etmişdirlər.
Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-in baş direktoru Frensis Qarrinin Bakıya səfərini yüksək dəyərləndirib, bu qurumla əməkdaşlığın uğurlu nəticələrindən söz açıb.
Kamran İmanov qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və dəstəyi nəticəsində Azərbaycan əqli mülkiyyət sahəsində fəal beynəlxalq əməkdaşlıq aparır, müəllifik və oxşar hüquqlar sahəsində 6, sənaye mülkiyyətinə aid 11 beynəlxalq çoxtərəfi konvensiya və sazişlərdə iştirak edir. Hazırda ÜƏMT-in müəllifik hüququna aid iki yeni müqaviləsinə – Mərakeş və Pekin müqavilələrinə qoşulma prosesi gedir, həmçinin sənaye mülkiyyəti ilə bağlı üç sazişə qoşulmaq planlaşdırılır.
Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Təhsil naziri Ceyhun Bayramov, Avrasiya Patent Təşkilatının prezidenti xanım Saule Tlevlessova və başqaları tədbirdə çıxış ediblər.
Sonra tədbir iştirakçıları universitetlər tərəfndən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Beynəlxalq konfrans çərçivəsində “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” mövzusunda regional seminar təşkil olunub.
Tədbir əsnasında ÜƏMT tərəfndən Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzində təşkil olunmuş iki illik dörd Modul proqramı üzrə keçirilən təlimçilərə sertifkatlar Təqdim olunmuşdur. AMEA İSİ elmi işçisi Aygün Əliyeva da təlimi uğurla bitirdiyinə görə Sertifkatla təltif edilmişdir.