AMEA-nın magistrantlarının yay imtahan sessiyası başlamışdır
06.06.2018 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 17 may 2018-ci il tarixli 236 №-li “AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” Sərəncamına əsasən magistrantların 2017/2018-ci tədris ili üzrə yay imtahan sessiyası 2018-ci il iyunun 01-dən 2018-ci il iyulun 06-dək keçiriləcək.
İdarəetmə Sistemləri İnstitutunda 060509- “Kömpüter elmləri” ixtisası üzrə təhsil alan 4 magistrant sessiya imtahanlarında iştirak edir.