Dissertasiya işinin müdafiəsi keçirilmişdir
15.01.2016 / Dissertasiya şurasının iclasları15 yanvar 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilmişdir.
İclasda t.e.d., professor, AMEA-nın müxbir üzvü Əliyev Rafiq Əziz oğlunun rəhbərliyi ilə Cabbarova Könül İmran qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Zaman sıralarına əsasən proqnozlaşdırmada xaos nəzəriyyəsinin istifadəsi" mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Sonda dissertasiya işi müsbət qiymətləndirilib.