EU4Digital şəbəkəsi: eTrade 3-cü seminarı keçirildi
18.09.2017 / XəbərlərSentyabrın 14-15-də Ukraynanın Odessa şəhərində Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələri arasında rəqəmsal bazarın uyğunlaşdırılması çərçivəsində yaradılan regional şəbəkələrin biri olan EU4Digital şəbəkəsi: eTrade 3-cü seminarı keçirilib.
Seminarın əsas məqsədi aşağdakılar idi:
a) təqdim olunan tərəfdaş ölkələrdə eTrade / eLogistics platformaların inkişafı və ekspert məsləhət, o cümlədən eTrade / eLogistics nəticələrininin təsdiqi b) gələcək plan və layihələrinplanlaşdırılması və eTrade şəbəkəsinin 2017-2020-ci illərin yenilənmiş fəaliyyət planına daxil edilməsi təklif olunacaq HDM pilot layihələri.
Azərbaycan nümayəndə heyətinin tərkibi:
1. Tofiq Babayev, Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin rəhbəri və EU4Digital Azərbaycan E-trade şəbəkəsi üzrə ekspert , Azərbaycanda FET & ICT NCP HORIZON2020 üzrə milli təmsilçi;
2. Anar Süleymanov, Ümumdünya Gömrük Təşkilatının gömrük işinin modernləşdirilməsi üzrə müşaviri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin səmərəliliyinin Qiymətləndirmə Proqramları Departamentinin rəis müavini;
3. Etibar Umudov, Azərbaycan Respublikası Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, Texnologiya və İnformasiya Cəmiyyətinin İnkişafı Departamentinin baş məsləhətçisi;
4. Ramin Bayramov, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəqliyyat və infrastrukturun inkişafı Departamentinin müdir müavini.
14 sentyabr T.Babaev eTrade / eLogistics araşdırma nəticələrinə və Azərbaycan üçün yol xəritəsinə dair təqdimatla çıxış etdi, sentyabrın 15- də isə, Anar Süleymanov tərəfdaş ölkələr arasında Avropa İttifaqı ilə mal gəlişi idxal / ixrac haqqında məlumat, o cümlədən, informasiya mübadiləsi mexanizmləri haqqında təqdimatla çixiş etmişdir.
T. Babayev və Azərbaycan nümayəndə heyətinin digər üzvləri 2018-ci ildə Etrade aid həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsində iştirak etdilər.
Sonda, 19-20 sentyabr 2017-ci ildə Brüsseldə keçiriləcək rəqəmsal bazarın uyğunlaşdırılması, üçüncü paneldə (üçüncü panel HDM) təsdiq üçün təqdim olunacaq eTrade / eLogistics milli və regional yol xəritəsi hazırlanmışdır.