Azərbaycanda mobil telefondan istifadə etməklə ürək-damar sistemindəki nasazlıqları aşkar etmək mümkündür
01.02.2013 / XəbərlərAzərbaycanda mobil telefonun qeyri-adi tətbiqi tapılıb. Mobil telefonun insan sağlamlığına zərər verməsi fikrinin əksinə olaraq, Bakı alimləri bunun əksini sübut edirlər. İndi adi "boru”nun köməyi ilə hər bir insan özünün kardioqrammasını çəkib həkiminə göndərə bilər. Daha dəqiqliyini "Mir 24” kanalının müxbiri Rüstəm Məmmədov öyrəndi.
Mobil telefon ürək döyüntüsünü daha dəqiq əks etdirməlidir. Bunun üçün Kibernetika İnstitutunun kiçik elmi işçisi Yeganə Paşayeva telefonu pasientin sinəsinə yaxınlaşdırır. Ekranda dərhal ilkin nəticə görünür.
Yeganə - "Siqnallar telefona ürəkdən gələn küylərin vasitəsilə gəlir. Telefona, ürək və nəfəs borusu ilə bağlı olan istənilən nasazlığı tuta bilən xüsusi proqram yüklənmişdir”- söyləyir.
Proqram orqanizmdəki xəstəliklərin ilkin dövrünü aşkar etməlidir. Lakin, 10 gün müddətində gündəlik testləşdirmədən sonra, ürəyin və ya nəfəs yollarının işinin pozulması haqqında fikir söyləmək olar. İnstitutun direkroru Telman Əliyev qeyd etdi ki, bu müddət sistemə orqanizmin dəqiq yoxlanılması üçün lazımdır. Onun sözlərinə görə telefon diaqnoz qoymur, lakin, xəstəliyin başlanması haqqında məlumat verir ki, xəstə, bu məqsədlə, həkimə müraciət etsin.
Küylər mobil telefona adi mikrofonun köməyi ilə yazılır, müayinənun nəticəsi isə sms-məlumat şəklində daxil olur. Həkimlər, profilaktik olaraq, belə üsulu məqsədəuyğun hesab etmirlər. Kardioloq Samirə Suleymanova hesab edir ki, yeni sistemə sadəcə inanmaq olmaz. Onun sözlərinə görə, bu sistem, hətta, insan orqanizmi üçün zərərlidir, belə ki, insan əlavə olaraq şüalanma dozasını alır.
Lakin Telman Əliyev həkimlərin belə məlumatına məhəl qoymur. O təsdiq edir ki, sağlamlığa, yalnız, telefonla danışan zaman meydana gələn böyük güclü maqnit dalğaları zərərlidir. Layihəçi inanır ki, bu layihənin parlaq gələcəyi vardır. İxtira üzrə onun komandası Avrasiya Patent Təşkilatının Patentini almışdır.
Alimlər ümid edirlər ki, yaxın vaxtlarda bu proqram aparıcı mobil kompaniyaların maraqlandıracaq və bu yenilik mütləq yüksək sorğuya səbəb olacaq.