Akademik Telman Əliyevin yeni kitabı çapdan çıxmışdır
11.03.2013 / Nəşr fəaliyyəti11 mart 2013-cü ildə Palmarium Akademik Nəşriyyatında AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin "Noise контроль сердца мобильным телефоном" adlı kitabı çap olunmuşdur.
Kitabda mobil telefonun imkanlarından istifadə etməklə, ürəyin və ağ ciyərin küylərinə qulaq asmaq yolu ilə, ürək-damar və tənəffüs orqanları sistemindəki xəstəliklərin başlanmasının gizli dövrünün Noise monitorinq texnologiyaları təklif olunur. Ürəyin və ciyərin cari vəziyyətinin qiymətləndirilməsi və xəstəliyin gizli dövrünün başlanmasının identifikasiya məsələlərinin həlli zamanı informativ əlamətlər kimi küyün dispersiyasından, küyün korrelyasiya qiymətindən, faydalı siqnalla küy arasında qarşılıqlı korrelyasiya funksiyasından və korrelyasiya əmsalından istifadə olunur. Bunun üçün, alınmış Noise qiymətlər simptomlar kimi qəbul olunur. Onların kombinasiyalarından , təlim yolu ilə, mobil telefon istifadəçisinin həm xəstə, həm də sağlam vəziyyətində etalon simptomlar və simptomlar çoxluğu bankı formalaşdırılır. Müəyyən təlim müddəti keçdikdən sonra, istifadəçi, öz mobil telefonundan ürəyin və ciyərin sağlamlıq vəziyyətinin Noise nəzarət cihazı kimi istifadə edə bilər. Robast korrelyasiya, spektral və mövqeli-binar analizlər texnologiyaları üzrə alınmış informativ əlamətlərin tətbiqi ilə monitorinqin təkrarlanması nəticələrin dəqiqliyini təmin edir.