İnstitutun aliminin yeni monoqrafiyası nəşr olunmuşdur
18.05.2016 / Nəşr fəaliyyətiAMEA İdarəetmə Sistemləri İnstitutunun "Fiskаl strategiyanın modelləşdirilməsi” laboratoriyasının müdiri, iqtisad elmləri doktoru, professor Musayev Akif Fərhad oğlunun "Aksizlər” (Xüsusi istehlak vergisi) adlı yeni monoqrafiyası çapdan çıxmışdır.
Monoqrafiyada aksizlərin yaranma tarixi, aksizli malların seçilmə xüsusiyyətləri, iqtisadi, ekoloji və təhlükəsizlik nöqteyi-nəzərindən mahiyyəti açıqlanmış, universal aksizin spesifik forması olan dövriyyədən aksiz vergisi, onun digər universal aksiz formaları olan satışdan və əlavə dəyər vergisindən fərqi, büdcə gəlirlərinin formalaşmasında rolu tədqiq edilmiş, aksizlərin tətbiqi formalarının müqayisəli təhlili aparılmış, aksizlərin inzibatçılığı və ona nəzarət, aksiz vergitutmasında harmonizasiya məsələləri araşdırılmışdır.
Monoqrafiyada aksizlərin bir çox elementlərinə xüsusi yanaşmalar verilmiş, onun Azərbaycanın vergi sistemindəki əhəmiyyəti və xüsusiyyətləri təhlil edilmişdir.