İSİ Əməkdaşı Soçidə XIX Ümumdünya Gənclər və tələbələr festivalında (ÜGTF) iştirak etmişdir
22.10.2017 / Xəbərlər14-22 oktyabr 2017-ci il tarixlərində Rusiyanın Soçi Şəhərində keçirilən və 188 ölkədən 29 000 nəfər iştirakçısı olan XIX Ümumdünya gənclər və tələbələr festivalı (ÜGTF) artıq başa çatmışdır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi 180 nəfər gənc liderdən ibarət Azərbaycan nümayəndə heyəti ən çox iştirakçısı olan heyyətlərdən biri oldu.
XIX Ümumdünya gənclər və tələbələr festivalında iştirak edənlərdən biri AMEA İdarəetmə Sistemləri İnstitutunun "Xarici əlaqələr və innovasiyalar" şöbəsinin elmi işçisi Valeriya Puşnova idi.
Festivalda bütün istiqamətlər üzrə geniş proqram təqdim edildi: Elmi-tədris tematik istiqamətləri, diskussiya proqramı, mədəni proqram, idman proqramı, regional proqram.