AzərbaycanРусскийEnglish
18.04.2017-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun akt zalında Thomson Reuters  Bazasının nümayəndəsi Aygün Babazadənin iştirakı ilə Thomson Reuters    bazasından istifadə qaydaları ilə bağlı seminarlar silsiləsinin ilk seminarı   keçirilmişdir. Seminar əsnasında  bazadan istifadə qaydaları, o cümlədən, məqalələrin, jurnalların bazaya yerləşdirəlməsi, axtarış sistemindən istifadə və s. məlumatlar verilmişdir. Sonra  Aygün Babazadə seminar iştirakçılarının suallarını ətraflı cavablandırılmışdır.
AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, Idarəetmə Sistemləri İnstitunun saylı "Qəzaların monitorinqi və proqnozlaşdırılması” laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, professor Əminağa Sadıqovun "Fövqəladə hallarda idarəetmə məsələlərinin həll modelləri və texnologiyaları” adlı monoqrafiyası işıq üzü görüb.
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin nəzəri problemləri” şöbəsinin müdiri, akademik Asəf Haciyev aprel ayının 5-6 tarixlərində İstanbulda keçirilən XX-ci Avro-Asiya Sammitində iştirak etmişdir. Sammitdə bir neçə ölkənin Prezidentləri və Baş Nazirləri, deputatlar və nazirlər iştrak etmişdirlər. Asəf Haciyev çıxışında dünya üçün təhlükəli olan terrorla mubarizə və terror nəticəsində böyük sayda olan qaçqınlar məsələsinə toxunmuşdur. Terror nəticəsində dünya iqtisadiyyatına vurulan ziyan bu gün 400 mlrd. ABŞ dollarını keçmışdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına vurulan zərər artıq qeyd olunan rəqəmin 10%-dan çoxdur.
T. Babayev, AMEA "Xarici əlaqələr və innovasiyalar” şöbəsinin müdiri, IDEALIST layihəsinin 5-6 aprel 2017-ci il tarixlərində Sofiyada keçirilən "Addressing Impact in H2020 Proposals" seminarıda iştirak etmişdir.

İkigünlük seminar НORIZON 2020 üçün layihələrin hazırlanmasının mühüm aspektlərinə həsr olunmuşdur və aşağıdakı məsələləri əhatə edib:

1. İstismarının planlaşdırılması və nəticələrin qiymətləndirilməsi metodikası və alətləri
2. Nəticələrin qiymətləndirilməsi, qorunması, yayılması və istifadəsi...
20-21 aprel 2017-ci il tarixində Ufa şəhərində III-cü Beynəlxalq (VI-cı Ümumrusiya) "Müəssisələrin ELEkTRIK intiqalları, Elektron Texnologiyaları və elektron cihazları" adlı Elmi və texniki Konfrans keçiriləcək.

AMEA İdarəetmə Sistemləri İnstitutunun "Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri" Laboratoriyasının rəhbəri, t.ü.f.d., dos. Rzayev Asif Hacı oğlu Konfransın Təşkilat Komitəsinin tərkibinə daxil edilmişdir.
AMEA-nın İdarəetmə İnstitutunun "İdarəetmənin nəzəri problemləri” şöbəsinin müdiri, akademik Asəf Haciyev Dhaka universitetinin (Banqladeş) dəvəti ilə 31 Mart - 3 Aprel 2017-ci il tarixlərində orada «Ehtimal nəzəriyyəsinin müasir problemləri» mövzusunda muhazirələr demiş və birgə araşdırmaların aparılmasını müzakirə etmişdir.
R.Ə. Qarayevin "İnformasiyanın boru kəmərlərinin AİS-də yığılması və ötürülməsi” kitabı 1975-ci ildə Moskvada ("Energi” nəş.) çap olunmuşdur (http://www.twirpx.com/file/760290/).

Kitabda magistral boru kəmərləri üçün telemexaniki sistemlərdə (SCADA) kanalların etibarlılığının və toxunulmazlığının təminatı üzrə tədqiqatların nəticələri kompakt formada göstərilmişdir.
07.04.2017-ci ildə saat 15:00-da AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.121 -dissertasiya şurasında NƏBİ TAPDIQ OĞLU QURBANOVUN 1203.01 – "Kompüter elmləri” ixtisasında riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi "İXTİYARİ REOLOGİYALI ÖZLÜ-ELASTİK MÜHİTLƏRDƏ DİNAMİK PROSESLƏRİN TƏDQİQİ ÜÇÜN RİYAZİ MODELLƏRİN İŞLƏNMƏSİ VƏ ANALİZİ” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək.
18-20 mart 2017-ci il tarixlərində Poltavada (Ukraynada) " İnformatika və sistem elmləri” VII Ümumukrayna elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfrasda AMEA İdarəetmə Sistemləri İnstitutundan akademik T.A.Əliyev, t.e.d. Quluyev Q.A, t.ü.f.d. Paşayev F.H., t.ü.f.d, dos., Rzayev A.H. və Əhmədov İ.A. "Noise monitorinq sistemləri üçün inteqral indikatorun müəyyən edilməsi” adlı elmi məqalə ilə iştirak edəcəklər.
"EaP Connect” layihəsi elmi tədqiqatçılara beynəlxalq miqyaslı elm və təhsil  şəbəkələrindən faydalanmaq imkanı verir.

Azərbaycan alimləri beynəlxalq müsabiqəyə dəvət olunur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə "EaP Connect layihəsi çərçivəsində "Tədqiqatını işıqlandır” ("Enligthen Your Research”) adlı müsabiqə keçirilir.

Müsabiqəyə yüksəksürətli İnternet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla Avropanın superkompüterlərindən və qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcək. Elmin bütün sahələrinə açıq olan müsabiqənin qaliblərinə tədqiqat prosesində yaranan hesablama resursları, yaddaş, şəbəkə texnologiyaları ilə bağlı dəstək veriləcək.