AzərbaycanРусскийEnglish
07.04.2017-ci ildə saat 15:00-da AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.121 -dissertasiya şurasında NƏBİ TAPDIQ OĞLU QURBANOVUN 1203.01 – "Kompüter elmləri” ixtisasında riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi "İXTİYARİ REOLOGİYALI ÖZLÜ-ELASTİK MÜHİTLƏRDƏ DİNAMİK PROSESLƏRİN TƏDQİQİ ÜÇÜN RİYAZİ MODELLƏRİN İŞLƏNMƏSİ VƏ ANALİZİ” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcək.
"EaP Connect” layihəsi elmi tədqiqatçılara beynəlxalq miqyaslı elm və təhsil  şəbəkələrindən faydalanmaq imkanı verir.

Azərbaycan alimləri beynəlxalq müsabiqəyə dəvət olunur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə "EaP Connect layihəsi çərçivəsində "Tədqiqatını işıqlandır” ("Enligthen Your Research”) adlı müsabiqə keçirilir.

Müsabiqəyə yüksəksürətli İnternet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla Avropanın superkompüterlərindən və qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcək. Elmin bütün sahələrinə açıq olan müsabiqənin qaliblərinə tədqiqat prosesində yaranan hesablama resursları, yaddaş, şəbəkə texnologiyaları ilə bağlı dəstək veriləcək.
22 fevral 2017-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda idarəetmə sistemləri istiqamətində tədqiqatların meydana gəlməsi, bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevdir.
27 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Rzayeva Nərmin Eldar qızının t.e.d., akademik T.Ə. Əliyevin rəhbərli ilə 1203.01 – "Kompüter elmləri” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Ürək küyünün robast noıse analiz texnologiyasının tətbiqi ilə ürək fəaliyyətinin monitorinqi sistemi ” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 601s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2016/2017-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2016-cı il noyabrın 28-dən dekabrın 16-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
18 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilcək. İclasda  t.e.d., dosent R.R. Rzayevın rəhbərliyi ilə Göyüşov Aydın İslam oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Rabitə xidmətlərinin keyfiyyətini qiymətləndirən neyro-fuzzy modellərin və alqoritmlərin işlənilməsi" mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçiriləcək.
Müsabiqə informasiya və telekommunikasiya texnologiyaları (İKT)  üzrə aşağıdakı nominasiyalar üzrə keçirilir:
 
- İKT üzrə ən yaxşı kitab
- İKT üzrə ən yaxşı elmi məqalə.

 
Nominasiyalar üzrə müsabiqəyə materialların qəbulu 10.10.2016-cı il tarixindən 10.11.2016-cı il tarixinə kimi aparılacaq.
30 sentyabr (Cümə günü) saat 11-də İSİ-nin direktoru akademik  Telman Əliyevın rəhbərliyi ilə Gənc alim və mütəxəssilərin növbəti İclas-seminarı keçiriləcək. Hamının iştirakı vacibdir.
Hörmətli həmkarlar!

Diqqətinizə çatdırırıq ki, 13-15 oktyabr 2016-cı il tarixində Türkiyənin Kayseri şəhərində Beynəlxalq aerokosmik AEROEX 2016 sərgi keçiriləcək (http://aeroex.org).
AEROEX 2016 sərgisinin əsas məqsədi  aviasiya və kosmik texnologiyalar sahəsində çalışan alimlər, təşkilatlar və şirkətlər arasında yeni  əlaqələr və  əməkdaşlıqların qurulmasıdır. 
Sərginin əsas mövzuları: aerokosmik materiyallar, avionika, aerokosmik kommunikasiya sistemləri, enerji səmərəliliyi, "yaşıl” texnologiyalar, başlanğic sistemləri,  peyk texnologiyaları, dron yaradma və istifadə texnologiyaları.