AzərbaycanРусскийEnglish
17 may 2017-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” mövzusunda I respublika konfransı keçirilmişdir.
AMEA Rəyasət Heyəti, AR Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılıq etdiyi konfransda Təhsil Nazirliyinin nümayəndələri, AMEA-nın institut və təşkilatlarının rəhbərləri, ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə aparıcı alim və mütəxəssisləri, həmçinin KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq konfransın 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə təsadüf etdiyini qeyd etdi. Ölkədə informasiya cəmiyyəti quruculuğunda bilavasitə iştirak edən hər kəsi bu əlamətdar gün münasibəti ilə təbrik etdi.
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev "Azərbaycanda proqramlaşdırmanın yaranması və təşəkkülü” mövzusunda məruzə ilə çıxış etdi.
İdarəetmə Sistemləri İnstitutununu magistrantları Alışzadə Nigar Oktay qızı, Nəcəfova Lamiyə Həmzə qızı və Məmmədova Ləman Heybət qızı 11-12 may 2017-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Magistrantların XVII Respublika Elmi Konfransında çıxış etmişdirlər. Magistrant Alışzadə Nigar I yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.
18-20 mart 2017-ci il tarixlərində Poltavada (Ukraynada) " İnformatika və sistem elmləri” VII Ümumukrayna elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfrasda AMEA İdarəetmə Sistemləri İnstitutundan akademik T.A.Əliyev, t.e.d. Quluyev Q.A, t.ü.f.d. Paşayev F.H., t.ü.f.d, dos., Rzayev A.H. və Əhmədov İ.A. "Noise monitorinq sistemləri üçün inteqral indikatorun müəyyən edilməsi” adlı elmi məqalə ilə iştirak edəcəklər.
AMEA İdarəetmə Sistemləri İnstitutunun "Stoxastik idarəetmə və tətbiqi statistika” laboratoriyasının müdiri, akademik Asəf Haciyev Martın 14-də İstanbulda Koç universitetinin Riyaziyyat bölməsinin dəvəti ilə "Ehtimal nəzəriyyəsinin nəqliyyat məsələlərində tətbiqi” mövzusunda çıxış etmişdi. Çıxış zamanı Ehtimal nəzəriyyəsinin geniş tətbiqindən məlumat verilmiş və nəqliyyatda baş verən bir neçə gözlənilməz (paradoksal) nəticələrin ehtimal nəzəriyyəsi baxımından izahı müzakirə olunmuşdur. Tətbirdə universitetin müxtəlif bölmələrinin professor-müəllim heyəti, doktorantlar və magistrlar iştrak etmişlər.
22 fevral 2017-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanmışdir. Verilişin qonağı AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev olmuşdur . Veriliş Azərbaycanda idarəetmə sistemləri istiqamətində tədqiqatların meydana gəlməsi, bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuşdur.
"Qlobal çağırışlar, o cümlədən dünya bazarında neftin qiymətinin düşməsi şəraitində Azərbaycan dövlət büdcəsinin strateji təhlili üçün koqnitiv vasitələr” adlı Layihənin 1-ci seminarı keçirilmişdir.
Layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 2015-ci il qrantına (ЕIF–KETPL–2015–1(25)) layiq görülüb.
Layihədə iştirak edirlər: AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, "Oil Supply” şirkəti.
Layihənin rəhbəri AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Robert Qarayevdir.
XƏİŞ-nin müdiri, AB-nin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET-in (Gələcəyin Qabaqcıl Texnologiyaları) milli təmsilçisi və HDM üzrə ələqələndirici şəxs T. Babayev 20-21 fevral 2017-ci il Tiflis şəhərində AB-nin Şərqi tərəfdaşlıq lahiyəsi cərcivəsində "HDM initiative” Rəqəmsal bazarların uyğunlaşdırılması təşəbbüsü və Azərbaycan Səhiyyə nazirliyinin Səhiyyənin informasiyalaşdırılması Mərkəzinin Monitorinq və Treyninq Şöbəsinin müdiri Emin İsmaylov ilə birlikdə EU4Digital: e-Health konfransında iştirak etmişdir.
XƏİŞ-nin müdiri və AB-nin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET-in (Gələcəyin Qabaqcıl Texnologiyaları) milli təmsilçisi və HDM üzrə ələqələndirici şəxs T.Babayev 20 Fevral 2017-ci il Tbilisi şəhərində keçirilən AB-nin TEMPUS lahiyəsinin Modern təhsil texnologiyalarına həsr edilmiş 2-günlük konfransına aparıcı məruzəçi qismində dəvət olunmuş və AB və Şərqi tərəfdaşlıq Ölkələrinin "HDM initiative” Rəqəmsal bazarların uyğunlaşdırılması mövzusunda çıxış etmişdir.
Yanvarin 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda "AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçirildi.

AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-in xidmət və imkanlarından, o cümlədən Multimedia Qalereyasından daha səmərəli istifadəsini təmin etmək məqsədilə keçirilən tədbirdə akademiyanın elmi-tədqiqat institut və təşkilatları, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil və elmi müəssisələrinin İKT üzrə məsul şəxsləri iştirak edirdilər.