AzərbaycanРусскийEnglish
21-25 noyabr 2016-cı il tarixlərində Avstriyanın Linz şəhərində Avstriya Eləmlər Akademiyasının Yohan Radon adına Hesablama və Tətbiqi Riyaziyyat İnstitutu tərəfindən təşkil olunan "Elmdə və mühəndislikdə hesablama üsulları” adlı xüsusi semestr çərçivəsində "Optimal idarəetmə və əlaqəli sahələrdə Hamilton-Yakobi tənlikləri üçün ədədi üsullar” mövzusunda Beynəlxalq konfrans keçirilib ("Numerical methods for Hamilton-Jacobi equations in optimal control and related fields”). Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar iştirak edib.
6-11 noyabr 2016-cı il tarixində Volqoqrad şəhərində gənclərin Avropada tarixi yaddaşın qorunmasına dair "İkinci dünya müharibəsinin yaddaşı və nəticələri” III Beynəlxalq seminarı keçirilmişdir. Seminarın mövzusu ilə əlaqəli olan Avropa Şurası ölkələrindən, MDB ölkələrindən, və başqa ölkələrdən 80 nəfər gənc iştirak edirdi.

AMEA İSİ "Xarici əlaqələr və innovasiya” şöbəsinin elmi işçisi Puşnova Valeriya seminarın qrup müzakirələrində müasir cəmiyyətdə tarixi yaddaşın qorunması suallarına dair öz ailəsinin və Azərbaycanın timsalında təqdimatla çıxış etmişdir. Həmçinin Puşnova Valeriya Azərbaycandan olan başqa iştirakçılarla birgə Azərbaycan diaspora nümayəndələri ilə və Volqoqdadda Azərbaycan Gənclər Təşkilatı nümayəndələri ilə görüşlərdə iştirak etmişdilər.
18 oktyabr 2016-cı il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və TRİZ (теории решения изобретательских задач (ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsi))  istehsalçılar Sammiti arasında elmi əməkdaşlıq və tətbiq etmə məqsədi ilə memorandum imzalanmışdır. Memorandum İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Abbas oğlu Əliyev və TRİZ istehsalçılar Sammitinin rəhbəri Rubin Mixail Semenoviç tərəfindən imzalanmışdır. Bundan sonra TRİZ-in yaradıcısı olan Henri Sauloviç Altşullerin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İdarəetmə Sistemləri İnstitunun bir sıra əməkdaşları iştirak etmişlər.
Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti tərkibində AMEA İSİ "Xarici əlaqələr və innovasiyalar” şöbəsinin müdiri, HDM təşəbbüsləri üzrə əlaqələndirici şəxs Tofiq Babayev 2016-cü il oktyabrın 18-də Brüsseldə (Belçika) keçirilən Rəqəmsal Birlik üzrə Nazirlər Müşavirəsində iştirak etmişdirr.

Rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə AB komissarı Günter Ettinger, qonşuluq siyasəti və genişlənmə üzrə Aİ komissarı Yohannes Han və Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Slovakiyanın rəqəmsal iqtisadiyyat üzrə məsul nazirlər rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etmişlər. Müşavirədə həmçinin tərəfdaş ölkələrin özəl sektor və vətəndaş cəmiyyətləri nümayəndələri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak etmişlər.
2016-ci il oktyabrın 17-18-də Brüsseldə (Belçika) Azərbaycan nümayəndə heyəti tərkibində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsbəndiyar Əliyev, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Anar Süleymanov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun "Xarici əlaqələr və innovasiyalar" şöbəsinin müdiri Tofiq Babayev, Texnoparkın direktor müavini Cəlal Rəhimov olmaqla rəqəmsal bazarların (2nd HDM) harmonizasiyası üzrə 2-ci panelin işində iştirak etmişlər.
13-15 oktyabr 2016-cı il tarixində Türkiyənin Kayseri şəhərində Beynəlxalq aerokosmik AEROEX 2016 sərgi keçirilib. (http://aeroex.org).
AEROEX 2016 sərgisinin əsas məqsədi  aviasiya və kosmik texnologiyalar sahəsində çalışan alimlər, təşkilatlar və şirkətlər arasında yeni  əlaqələr və  əməkdaşlıqların qurulmasıdır. Sərginin əsas mövzuları: aerokosmik materiyallar, avionika, aerokosmik kommunikasiya sistemləri, enerji səmərəliliyi, "yaşıl” texnologiyalar, başlanğic sistemləri,  peyk texnologiyaları, dron yaradma və istifadə texnologiyaları.
Azərbaycanda HORIZON2020 proqramının İKT üzrə MDN (milli dayaq nöqtəsi) və GİT (gəlcək və indiki texnologiyalar), AMEA İSİ "Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri Tofiq Babayev  16 iyun 2016-ci il tarixində Varşavada innovativ idarəetmə məsələlərinə həsr olunmuş Idealist2018 layihəsinin treninq-seminarında iştirak etmişdir. Treninq zamanı aşağıakı məsələr daxil olmaqla  6 mövzu müzakirə olunmuşdur:  İnnovasiya konsepsiyaları, innovasiyaların növləri, innovasiya layihələri, tədqiqat və innovasiyalar arasında qarşılıqlı əlaqə, risklərin idarə edilməsi, təşkilati innovasiya, texnoloji təkamül, innovasiya ekosistemləri, innovasiya layihələrinin maliyyələşdirilməsi və s.
Azərbaycanda HORIZON2020 proqramının İKT üzrə MDN (milli dayaq nöqtəsi) və GİT (gəlcək və indiki texnologiyalar), AMEA İSİ "Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri Tofiq Babayev  və institutun böyük elmi işçi Elxan Səbziyev Kişinyovda keçirilən "Aİ və Şərqi Avropa və Orta Asiya ölkələrinin İKT sahəsinə aid tədqiqat və innovasiyalar üzrə əməkdaşlığ" klasterinin final tədbirində iştirak etmişdilər.
Azərbaycanda HORIZON2020 proqramının İKT üzrə MDN (milli dayaq nöqtəsi) və GİT (gəlcək və indiki texnologiyalar), AMEA İSİ "Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri Tofiq Babayev Azərbaycan nümayəndəheyətinin tərkibində 9-10 iyun tarixində Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin HDM (Harmonising Digital Markets - rəqəmsal bazarların Harmonizasiyası) 2016-2017 illər üçün nəzərdə tutulan fəaliyyəti üzrə keçirilən koordinasiya seminarında iştirak etmişdir. HDM təşəbbüsü Aİ və Şərq tərəfdaşlığı ölkələri arasında elektron ticarət imkanlarının genişlənməsii və koordinasiyasına yönlənmişdir. Tofiq Babayev seminarda elektron gömrük sisteminin cari vəziyyəti mövzusunda geniş prezentasiya ilə çıxış etmişdir.
23-28 may 2016-cı il tarixlərində Türkiyənin Fethiye şəhərində "Tərs məsələlər: Modelləşdirmə və Simulyasiya" mövzusunda ənənəvi 8-ci Beynəlxalq konfrans (The 8th International Conference "Inverse Problems: Modeling and Simulation" – IPMS2016) keçirilib: http://www.ipms-conference.org
Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar iştirak edib.