AzərbaycanРусскийEnglish
18 oktyabr 2016-cı il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və TRİZ (теории решения изобретательских задач (ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsi))  istehsalçılar Sammiti arasında elmi əməkdaşlıq və tətbiq etmə məqsədi ilə memorandum imzalanmışdır. Memorandum İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Abbas oğlu Əliyev və TRİZ istehsalçılar Sammitinin rəhbəri Rubin Mixail Semenoviç tərəfindən imzalanmışdır. Bundan sonra TRİZ-in yaradıcısı olan Henri Sauloviç Altşullerin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İdarəetmə Sistemləri İnstitunun bir sıra əməkdaşları iştirak etmişlər.
Belarusiya Respublikasının "Torpaqşunaslıq və Aqrokimya İnstitutu” Elmi Törəmə Unitar Müəssisəsi və Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu arasında Anlaşma Memorandumu
Belarusiya Respublikasının "Torpaqşunaslıq və Aqrokimya İnstitutu” Elmi Törəmə Unitar Müəssisəsi və Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu arasında beynəlxalq elmi əməkdaşlıq və elmi materiallar və informasiya mübadiləsi, o cümlədən iki təşkilat arasında elmi-tədqiqat təcrübə mübadiləsi təşviq etmək məqsədiylə; tədqiqatçıların qarşılıqlı səfərləri; birgə keçirilən beynəlxalq konfranslar; birgə tədqiqat layihələri; qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi və digər fəaliyyət məqsədilə Anlaşma Memorandumu imzalanmışdır.
SİNAM şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında əməkdaşliq haqqında saziş
20 sentyabr 2014-cü ildə SİNAM şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında robast noise monitorinqi texnologiyalarının komersiya satışına dair birgə əməkdaşliq haqqında saziş imzalanmışdır. Sazişə əsasən İdarəetmə Sistemləri İnstitutu robast noise monitorinq texnologiyaları ilə bağlı komersiya fəaliyyətininə aid ekskluziv hüquqları Sinam şirkətinə verir.
Riyaziyyat və fundamental informatika İnstitutu SFU (Rusiya) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında Anlaşma Memorandumu
12 sentyabr 2014-cü ildə Riyaziyyat və fundamental informatika İnstitutu SFU (Rusiya) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında beynəlxalq elmi əməkdaşlıq və elmi materiallar və informasiya mübadiləsi, o cümlədən iki təşkilat arasında elmi-tədqiqat təcrübə mübadiləsi təşviq etmək məqsədiylə; tədqiqatçıların qarşılıqlı səfərləri; birgə keçirilən beynəlxalq konfranslar; birgə tədqiqat layihələri; qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi və digər fəaliyyət məqsədilə Anlaşma Memorandumu imzalanmışdır.
Neyron MMC və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında əməkdaşliq haqqında saziş
11 mart 2014-cü ildə Neyron MMC və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında əməkdaşliq haqqında saziş imzalanmışdır. Saziş birgə tədqiqat, müəyyən olunmuş ərazilərdə təcrübə və informasiya mübadiləsi aparmağı təmin edir. İdarəetmə İnstitutu tərəfindən yerinə yetirilən elmi-tədqiqat işləri və araşdırmalar istehsalat və sənaye sahələrində Neyron MMC tərəfindən tətbiq ediləcək.
Arktika İctimai Elmlər Akademiyası (Sankt-Peterburq, Rusiya) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında Anlaşma Memorandumu
27 fevral 2014-cü ildə Arktika İctimai Elmlər Akademiyası (Sankt-Peterburq, Rusiya) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında beynəlxalq elmi əməkdaşlıq və elmi materiallar və informasiya mübadiləsi, o cümlədən iki təşkilat arasında elmi-tədqiqat təcrübə mübadiləsi təşviq etmək məqsədiylə;; tədqiqatçıların qarşılıqlı səfərləri; birgə keçirilən beynəlxalq konfranslar; birgə tədqiqat layihələri; qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi və digər fəaliyyət məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Bağlanmış memorandumun əməkdaşlıq sahələrinə Kibernetika İnstitutunda yaradılmış robast noise monitorinq texnologiyalarından istifadə edərək Azərbaycan və Rusiya (Arktika reqionu) ərazisində araşdırma və innovasiya tədqiqatlarının tətbiqi daxildir
Ukrayna Milli Elmlər Akademiyasının Qeofizika İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında Anlaşma Memorandumu
18 iyun 2013-cü ildə Ukrayna Milli Elmlər Akademiyasının Qeofizika İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında beynəlxalq elmi əməkdaşlıq və elmi materiallar və informasiya mübadiləsi, o cümlədən iki təşkilat arasında elmi-tədqiqat təcrübə mübadiləsi təşviq etmək məqsədiylə;; tədqiqatçıların qarşılıqlı səfərləri; birgə keçirilən beynəlxalq konfranslar; birgə tədqiqat layihələri; qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi və digər fəaliyyət məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Bağlanmış memorandumun əməkdaşlıq sahələrinə Kibernetika İnstitutunda yaradılmış robast noise monitorinq texnologiyalarından qeofiziki sahələrdə istifadə edərək RNM ASP stansiyalarında eksperimentlər aparmaq məqsədi ilə tədqiqatlarının və araşdırmaların aparılmağı daxildir
"Elmi-texniki park” Politexnik” dövlət müəssisəsi (Belarusiya) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında Anlaşma Memorandumu
29 aprel 203-ci "Elmi-texniki park” Politexnik” dövlət müəssisəsi (Belarusiya) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında informasiya və komunikasiya texnologiyaları sahəsinə aid layihələrin həyata keçirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalanmışdir.
Qərbi Panama seysmik Rəsədxanasının (QPSR) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında Anlaşma Memorandumu
10 Dekabr 2012-ci ildə Qərbi Panama seysmik Rəsədxanasının (QPSR) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında beynəlxalq elmi əməkdaşlıq və elmi materiallar və informasiya mübadiləsi, o cümlədən iki təşkilat arasında elmi-tədqiqat təcrübə mübadiləsi təşviq etmək məqsədiylə;; tədqiqatçıların qarşılıqlı səfərləri; birgə keçirilən beynəlxalq konfranslar; birgə tədqiqat layihələri; qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi və digər fəaliyyət məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Bağlanmış memorandumun əməkdaşlıq sahələrinə Kibernetika İnstitutunda yaradılmış robast noise monitorinq texnologiyalarından və QPSR təklif etdiyi intensive vibrasiya avadanlıqları və proqram təminatlarından istifadə edərək zəlzələ zamanı yaranan sıx vibrasiyaların və qurğularin seysmik sabitliyin gələcəqk monitorinqinin operativ informasiya sisteminin yaradılmasina aid tədqiqatların aparılması daxildir
Afina Milli Observatoriyasının Qeodinamika İnstitutu (Yunanıstan) və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında Anlaşma Memorandumu
19 noyabr 2012-ci ildə Afina Milli Observatoriyasının Qeodinamika İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu arasında beynəlxalq elmi əməkdaşlıq və elmi materiallar və informasiya mübadiləsi, o cümlədən iki təşkilat arasında elmi-tədqiqat təcrübə mübadiləsi təşviq etmək məqsədiylə; tədqiqatçıların qarşılıqlı səfərləri; birgə keçirilən beynəlxalq konfranslar; birgə tədqiqat layihələri; qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi və digər fəaliyyət məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Bağlanmış memorandumun əməkdaşlıq sahələrinə Kibernetika İnstitutunda yaradılmış robast noise monitorinq texnologiyalarından istifadə edərək RNM ASP stansiyalarında eksperimentlər aparmaq məqsədi tutan araşdırma və tədqiqatlar daxildir