AzərbaycanРусскийEnglish
Oktyabrın 20-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Əməkdar müəllim, Azərbaycanın riyaziyyat üzrə ilk qadın elmlər doktoru, professor Tamilla Nəsirovanın 80 illiyinə həsr olunan yubiley iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Telman Əliyev alimin keçdiyi ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açdı. Bildirdi ki, məhsuldar yaradıcılıq yolu keçmiş Tamilla Nəsirova Rusiya və Ukraynada yaranmış "Kolmoqorov- Qnedenko - Skoroxod” elmi məktəbinin yetirməsidir. Riyaziyyatın fundamental sahələrindən biri sayılan ehtimal nəzəriyyəsində aldığı nəticələr onu elm yollarında irəliyə aparmışdır.

Sonra T.Əliyev alimə elmdə göstərdiyi xidmətlərə görə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanını təqdim etdi.
Babayev Tofiq Əli İkram Oğlu 1946-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub və 1969-cu ildə İnstitutu bitirib.1969-1972-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi işləyib.1972-ci ildən 1974-cü ilə kimi "İnformatika” Elm-İstehsalat Birliyində mühəndis, şöbə müdiri; 1974-1977 illərdə Moskva İdarəetmə Sistemləri Elmi-tədqiqat institutunun Bakı bölməsinin rəhbəri vəzifəsində çalışıb. 1977-1987-ci illər ərzində "İnformatika” Elm-İstehsalat Birliyində laboratoriya müdiri, Kompüter Mərkəzinin müdiri, Baş mühəndisin müavini vəzifəsində çalışıb.
Mayın 29-da tanınmış riyaziyyatçı alim, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya  müdiri, akademik Asəf Hacıyevin 65 yaşı tamam olur.

Asəf Hacı oğlu Hacıyev 29 may 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş, 1979-cu ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2003-cü ildə professor elmi adını almışdır.

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.
İmanov Qorxmaz Cahangir oğlu 17 aprel 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Bakı (Azərbaycan) Dövlət Universitetinin İqtisad fakultəsini bitirmiş, 1964-1967- ci illərdə Moskva Şəhərində SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat İnstitutunun aspiranturasında təhsil almış və 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyasını müdafiə etmişdir.1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat İnstitutunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mayın 22-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun konfrans zalında İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə xarici qonaqlar, dövlət rəsmiləri, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin üzvləri, AMEA-nın və respublikanın ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.