AzərbaycanРусскийEnglish
22 fevral 2017-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanmışdir. Verilişin qonağı AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev olmuşdur . Veriliş Azərbaycanda idarəetmə sistemləri istiqamətində tədqiqatların meydana gəlməsi, bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuşdur.
Texnologiyanın ən mühüm və inkişafda olan sahələrindən biri süni intellektdir. Azərbaycanda bu sahə üzrə bir çox işlər görmüş İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, həmçinin bu institutun gənc alim və mütəxəssislər şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov  bu sahənin incəlikləri, inkişafı ilə bağlı GSR.fm-ə müsahibə verib. Samir bəy söhbətimizə  süni intelektin hər kəs tərəfindən qəbul edilmiş tərifi ilə başlayır: -Süni İntellektin hamı tərəfindən qəbul olunan tərifi budur ki, maşın, qurğu, proqram təminatı insan kimi qərar qəbul edə bilsin.
27 fevral 2013-cü il tarixində AzTV-də, 18.20-də "Müasir Azərbaycan Gəncliyi” mövzusunda keçirilmiş Dəyirmi Stolda AMEA-nın Kibernetika İnstitutunun gənc alimləri iştirak etmişlər. Sizi verilişin videosunu izləməyə dəvət edirik.
Azərbaycanda mobil telefonun qeyri-adi tətbiqi tapılıb. Mobil telefonun insan sağlamlığına zərər verməsi fikrinin əksinə olaraq,  Bakı alimləri bunun əksini sübut edirlər. İndi adi "boru”nun köməyi ilə hər bir insan özünün kardioqrammasını çəkib həkiminə göndərə bilər. Daha dəqiqliyini "Mir 24” kanalının  müxbiri Rüstəm Məmmədov öyrəndi.
AMEA-nın Kibernetika İnstitutunda hazırlanmış proqnozlaşdırmanın intellektual monitorinq sistemi gələcəkdə zəlzələlərin koordinatlarını və mənbələrini müəyyən etməyə imkan yaradacaq.
 Cümə axşamı Bakıda keçirilmiş "Müasir İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı perspektivləri” adlı konfransda institutun direktoru Telman Əliyev bu mövzu ilə çıxış etmişdir.
 Telman Əliyevin sözlərinə görə, "küylərin analizinə əsaslanan sistem 300-400 km radiusunda baş verən zəlzələləri 5-20 saat əvvəl xəbər vermək imkanına malikdir. Hal-hazırda Azərbaycanda 4 belə stansiya quraşdırılmışdır. Onlar Qum Adası, Siyəzən, Şirvan və Naftalanda yerləşirlər. İnformasiya qəbul edən baş server "Kibernetika İnstitutunda", digər ikisi isə müvafiq olaraq "Fövqəladə Hallar Nazirliyində" və "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində" yerləşir.. Bu dörd stansiyadan istifadə edərək, Azərbaycan öz seysmik təhlükəsizliyini təmin etməklə yanaşı nəinki zəlzələlərin vaxtını, həm də onların koordinatlarını müəyyən etmək mümkün olacaqdır. Perspektivdə zəlzələlərin gücünü də müəyyən etmət mümkün olacaqdır. Hazırki vaxtadək müsbət nəticələr əldə edilmiş və hal-hazırda da bu istiqamətdə işlər görülməkdə davam edir”.
 İnstitut tərəfindən "Seysmik təhlükəsizliyin monitorinq sistemi” adlı sənəd hazırlanmış və yaxın vaxtlarda Dövlət orqanlarına təqdim olunacaqdır.
 Əliyevin sözlərinə görə, Azərbaycanda hər ay 2-3 maqnitudalı bir neçə zəlzələ qeydə alınır. Seysmik proseslərin analizi üçün ARDNŞ-nin (Azərbaycan Dövlər Neft Şirkəti) istismarı dayandırılmış quyularından istifadə olunur. Quyularda quraşdırılmış vericilər birbaşa olaraq institutda yerləşən serverə qoşulmuşlar, bu da real zaman kəsiyində küləyin sürəti, təzyiqi, temperatura və s. informasiyalar haqqında məlumat almağa imkan verir. İnformasiya siqnallara çevrilir və sonra radiokanal vasitəsi ilə idarəetmə mərkəzinə çatdırılır. Hər bir siqnal özünəməxsus əngələ malikdir ki, onlar vasitəsi ilə anomal prosesləri proqnozlaşdırmaq imkanı yaranır.

link: day.az

Dünyada ilk dəfə Azərbaycanda mobil telefonlaı vasitəsi ürək-damar xəstəliklərinin gizli dövrünü aşkar etmək mümkün olacaq.
Bu barədə AMEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyev APA-ya məlumat vermişdir.
Onun sözlərinə görə, rəhbərlik etdiyi institutda, küylərinin analizi əsasında və robast proqramlaşdırma aparatı vasitəsi ilə ürək-damar sistemində patoloji proseslərin gizli dövrünün monitorinqinin nəzəri əsasları işlənmişdir. Bu, xəstəliklərin aşkar edilməsi üçün mobil telefonlardan kütləvi istifadə etmək imkanlarını nümayiş etdirmişdir. Cari ilin sonuna qədər mobil telefonlar vasitəsi ilə ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün monitorinqini aparmaq və ya xəstələrdə gedən dəyişiklikləin dinamikasını izləmək mümkün olacaq.

AMEA-nın Kibernetika İnstitutunun alimləri tərəfindən Xəzər dənizinin Qum Adasında istismarı dayandırılmış neft quyularının polad lülələri vasitəsi ilə yerin dərin qatlarından seysmoakustik küyləri, zəlzələdən 15-20 saat əvvəl qeyd edə bilən yeni seysmoakustik stansiya quraşdırdılar.
 1 iyun 2010-cu ildən 1 may 2011-ci ilə qədər keçirilən eksperimentlər nəticəsində, 200-300 km radiusunda baş verən bütün zəlzələlərin küyləri qeyd edilmişdir.
 Hal-hazırda AMEA-nın Kibernetika İnstitutunun diektoru, akademik Telman Əliyevin rəhbərliyi altında bir qrup Azərbaycan alimləri və konstruktorları tərəfindən Şirvan və Siyəzən rayonlarında da analoji stansiyaların quraşdırılması sahəsində işlər aparılır.


link: day.az