AzərbaycanРусскийEnglish
Avropa Birliyinin (AB) və digər beynəlxalq təşkilatların maliyələşdirdiyi layihələrdə Azərbaycan Texniki Universitetinin(AzTU) uğurlu iştirakı üçün Universitetdə layihələrin hazırlanması üzrə nəzarət qrupu yaradılacaq. Bu məqsədlə Avropa Birliyinin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə milli təmsilçisi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev AzTU-da olub.
1 dekabr 2016-cı il tarixində İdarəetmə Sistemləri İnstitutunda 01.12.2016-31.05.2017-ci il tarixləri arasında təcrübə keçəcək "SABAH” qruplarında təhsil alan tələbələrlə görüş keçirilmişdir. Görüşü institutun direktoru, akademik Telman Əliyev açaraq, tələbələrə Azərbaycanda İKT elminin keçdiyi inkişaf yolundan bəhs etdi və onlara uğurlar arzuladı. Sonra tələbələr təcrübə keçəcəkləri laboratoriyalar və rəhbərlər ilə tanış oldular.
14.11.2016-cı il tarixində AMEA Rəyasət Heyətində Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İclasda tərəflər arasında innovasiya sahəsində əməkdaşlığın inkişaf mexanizmləri və perspektivləri müzakirə olunub. Iclasda İşçi Qrupunun Belarus tərəfdən rəhbəri, Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsi sədrinin birinci müavini Andrey Kosovskinin rəhbərliyi altında Belarusiya nümayəndə heyətinin üzvləri və AMEA- nın nümayəndələri o cümlədən İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Əliyev Telman, laboratoriya müdiri, texnika elmləri doktoru Quluyev Qəmbər, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babayev Tofiq, laboratoriya müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Paşayev Ədalət, aparıcı elmi işçi, riyaziyyat üzrə fəlsəfə doktoru Səbziyev Elxan da iştirak etmişdirlər.
16 fevral 2016-cı ildə tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Abbas oğlu Əliyevin Heydər Əliyev adına Müasir Təhsil Kompleksində şagirdlərlə görüşü olmuşdur. Görüşdə Telman Əliyev şagirdlər və müəllim kollektivi qarşısında çıxış edərək, Azərbaycanda informatikanın təşəkkülü, İdarəetmə Sistemləri İnstitutunun tarixi, hazırkı fəaliyyəti və görülən işlər barədə məlumat verdi. Çıxışdan sonra şagirdlərin suallarını cavablandıran Əliyev T.A. onları hədiyyələrlə mükafatlandırdı, təhsil kompleksinə isə öz kitablarını hədiyyə verdi. Müasir Təhsil Kompleksi tərəfindən isə akademik Telman Əliyevə şagirdlərin əl işindən ibarət xatirə hədiyyəsi verildi.