AzərbaycanРусскийEnglish
İSİ-nin "Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin elmi işçisi Aygün Əliyeva 19-23 sentyabr 2016-ci il tarixində "AzPatent”in nəzdində olan Təlim mərkəzində "Modul 2: "TradeMark ” mövzusunda təlim kursunda iştirak etmişdir.

A.Əliyeva kursun sonunda "Distinctiveness – the main characteristic of the trademark ” mövzusunda prezentasiya təqdim etmişdir və müvəffəqiyyətlə iştirak edərək təlim kurslarının növbəti mərhələsində iştirak etmək üçün dəvət olunmuşdur.
Texnologiyanın ən mühüm və inkişafda olan sahələrindən biri süni intellektdir. Azərbaycanda bu sahə üzrə bir çox işlər görmüş İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, həmçinin bu institutun gənc alim və mütəxəssislər şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Samir Rüstəmov  bu sahənin incəlikləri, inkişafı ilə bağlı GSR.fm-ə müsahibə verib. Samir bəy söhbətimizə  süni intelektin hər kəs tərəfindən qəbul edilmiş tərifi ilə başlayır: -Süni İntellektin hamı tərəfindən qəbul olunan tərifi budur ki, maşın, qurğu, proqram təminatı insan kimi qərar qəbul edə bilsin.
Sentyabrın 19-də AMEA Idarəetmə Sistemləri İnstitutunda (İSİ) Avropa İtiifaqının "Horizon 2020” Tədqiqat və İnnovasiya  proqramı çərçivəsində 20 ildən artıq təcrübəsi olan İsrail "İntergam Communications” şirkətinin təsisçisi və direktoru Dr. Moşe Harel ilə görüş keçirilib.
Görüşdə "Horizon 2020” proqramı çərçivəsində əməkdaşlıqdan duyduğu məmnunluğu ifadə edən İSİ-nin direktoru   akademik Telman Əliyev qonaqı İSİ-də həyata keçirilən elmi tədqiqatlar və son illər tətbiq edilmiş layihələr ilə tanış etmişdir.
Daha sonra müxtəlif sahələr üzrə elmi fəaliyyətlə məşğul olan qonaqın proqram barədə təklif və fikirlərini öyrənən akademik T.Əliyev bundan sonra "Horizon 2020” Tədqiqat və İnnovasiya  proqramı ilə daha sıx əməkdaşlıq olunacağını vurğulayıb.
İsrail nümayəndəsi Dr. M Harelə İSİ-də yeni layihələr təqdim olunmuşdur:
  1. "Ürəyin mobil monitoring sistemi”
  2. "Toksiki maddələrlə zəhərlənmələri diferensial diaqnostika və monitorinq edən intellektual-informasiya sistemi”
  3. "Ortopediyada cərrahi müdaxilə seçiminin intellektual sistemi”
Dr. M. Harel ilə təqdim edilmiş layihələrin İsrail şirkətləri və İSİ ilə birqə "Horizon 2020” Tədqiqat və İnnovasiya  proqramı çərçivəsində konsortium yaratmaq barədə danışıqlar aparılmışdır.
17 sentyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Mustafayeva Aidə Mübariz qızının t.e.d., professor S.Cəfərovün rəhbərləyə ilə 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Qeyri-səlis xaotik dinamik obyektlərdə idarəetmənin sintezi və təhlili” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
ISI nin əməkdaşları şöbə müdiri və AB-nin İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə Azərbaycanda Milli təmsilçisiT. Babayev, laboratoriya mudiri Gulçin Abdullayeva və baş elmi işçisi Elxan Səbziyev 15-16 Sentyabr 2016-ci il tarixlərində Avropa Komissiyasının HORIZON2020 Proqramına və Proqramda iştirak qaydalarına həsr edilmiş iki günlük konfransda iştirak etmişlər.
Tədbir Regional İnnovasiya Texnologiyaları Akademiyasının  (R.İ.T.A.) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə IDEALIST2018 layihəsi çərçivəsində keçirilib. Tədbirdə iştrak edən xarici ekspertlər HORIZON2020-nın Fransa, Latviya, Macarıstan, Ukrayna, Gürcüstanda və İsrail İKT üzrə Milli Təmsilçiləri öz fəaliyyətləri barədə, ölkələrində fəaliyyət göstərən alim və tədqiqatçıların HORIZON2020-da iştirakı barədə məlumat veriblər.
Konfransın 2-ci günü azərbaycan alimləri HORİZON2020-də iştrak etmək üçün öz layihə təklifləri ilə çıxış etmişlər. Təqdim olunan 32 layihə təklifləri xarici ekspertlər tərəfindən ilkin qiymətləndirilmiş və layihə müəlliflərinə xaricdə müvafiq partnyor axtarışına dair məsləhətlər verilmişdir.

Tədbirdə G. Abdullayeva  iki layihənin "Toksiki maddələrlə zəhərlənmələri diferensial diaqnostika və monitorinq edən intellektual-informasiya sistemi” və " Ortopediyada cərrahi müdaxilə seçiminin intellektual sistemi” təqdimatı ilə çıxış etmişdir. Görüşdə iştrak edən xarici ekspertlər hər iki layihənin 26-27 sentyabr Slovakiyanın Bratislava şəhərində keçirələcək İCT Prpoposer Day-ə təqdim olunmasını tövsiyə etmişlər.
AMEA ISI böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, Ömərova Könül Kamal qızı sentyabr ayının 5-9 tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində akademik N. K. Musxelişvilinin 125 illik yubileyinə həsr olunmuş VII-ci Beynəlxalq Konfransda iştirak etmiş və"İki gecikən ekranlı yarım-markov dolaşma prosesi” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxışdan onar Gürcüstan Riyaziyyat Cəmiyyətinin Prezidenti prof. Roland Duduçava tərəfindən sertifikatla təltif edilmişdir.
Hörmətli həmkarlar!

Diqqətinizə çatdırırıq ki, 13-15 oktyabr 2016-cı il tarixində Türkiyənin Kayseri şəhərində Beynəlxalq aerokosmik AEROEX 2016 sərgi keçiriləcək (http://aeroex.org).
AEROEX 2016 sərgisinin əsas məqsədi  aviasiya və kosmik texnologiyalar sahəsində çalışan alimlər, təşkilatlar və şirkətlər arasında yeni  əlaqələr və  əməkdaşlıqların qurulmasıdır. 
Sərginin əsas mövzuları: aerokosmik materiyallar, avionika, aerokosmik kommunikasiya sistemləri, enerji səmərəliliyi, "yaşıl” texnologiyalar, başlanğic sistemləri,  peyk texnologiyaları, dron yaradma və istifadə texnologiyaları.
6 sentyabr 2016-cı ıl tarixindı İSİ –də "NANOTEXNOLOGIYALARIN TƏTBİQİ İLƏ NEFTÇIXARMANIN RENTABELLİYİNİ ARTIRMAĞA İMKAN VERƏN İNTELLEKTUAL ONLİNE İDARƏETMƏ SİSTEMİNİN YARADILMASI” adlı dövlət proqramının layihəsinin müzakirəsi keçirilmişdir.
Müzakirələrdə AMEA-nın vitse prezidenti və Neft və Qaz institunun direktory akademik İbrahim Quliyev, Neft və Qaz institutun aparıcı mütəxəssisləri, İSİ-nin direktoru akademik Telman Əliyev başda olmaqla institutun layihə hazırlığında iştirak edən alimləri – o cümlədən direktorun emi işlər üzrə muavini t.e.d. O. Nüsrətov, t.e.d. G.Quluyev, texnika üzrə fəlsəfə doktoru. F. Paşayev, t.e.d. A.Həsənov və digər elmi işçiləri iştirak etmişlər.
29-30 avqust 2016-cı il tarixində Avstriyanın Vyana şəhərində Qeyri Səlis Sistemlər və Soft Computing (ICAFS – 2016) beynəlxalq konfrans keçirilmişdir. İdarəetmə Sistemləri İnstitutunun alimləri konfransda məruzələri ilə çıxış etmişdirlər.

İnstitutun "Fiskаl strategiyanın modelləşdirilməsi” laboratoriyasının rəhbəri, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Musayev Akif Fərhad oğlu konfransda "Qeyri-səlis məntiqin tətbiqi yolu ilə vergi qanunvericiliyi islahatlarının vergi potensialına təsirinin qiymətləndirilməsi” adlı məruzə ilə çıxış etmişdir.