AzərbaycanРусскийEnglish
14 mart 2017-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Rzayeva Nərmin Eldar qızının t.e.d., akademik T.Ə. Əliyevin rəhbərli ilə 1203.01 – "Kompüter elmləri” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Ürək küyünün robast noıse analiz texnologiyasının tətbiqi ilə ürək fəaliyyətinin monitorinqi sistemi ” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
AMEA İdarəetmə Sistemləri İnstitutunun "Stoxastik idarəetmə və tətbiqi statistika” laboratoriyasının müdiri, akademik Asəf Haciyev Martın 14-də İstanbulda Koç universitetinin Riyaziyyat bölməsinin dəvəti ilə "Ehtimal nəzəriyyəsinin nəqliyyat məsələlərində tətbiqi” mövzusunda çıxış etmişdi. Çıxış zamanı Ehtimal nəzəriyyəsinin geniş tətbiqindən məlumat verilmiş və nəqliyyatda baş verən bir neçə gözlənilməz (paradoksal) nəticələrin ehtimal nəzəriyyəsi baxımından izahı müzakirə olunmuşdur. Tətbirdə universitetin müxtəlif bölmələrinin professor-müəllim heyəti, doktorantlar və magistrlar iştrak etmişlər.
14 mart 2017-ci il tarixində AMEA İdarəetmə sistemləri İnstitutunda Gənc Alimlər və Mütəxəssislər şurasının növbəti iclası keçirilmişdir. İclasda Gənc Alimlər və Mütəxəssislər şurasının sədri r.ü.f.d. Məstəliyev Rəşad çıxış edərək, 2017-ci il üçün iştirakçılara şuranın fəaliyyət planı haqqında geniş məlumat vermişdir. Sədr gəncləri keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq konfrans barəsində məlumatlandırmış və konfrasda iştirak etməklərini tovsiyə etmişdir. Tədbirdə şuranın üzvləri ilə yanaşı BDU-nun Tətbiqi riyaziyyat və Kibernetika fakultəsinin tələbəri də iştirak etmişdirlər.
"Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, kənd təsəruffatında istehsal həcminin inkişafının proqnozlaşdırılması modelləri, aqrar sahədə Azərbaycanın xarici əlaqələrinin səmərəliliyinin artırılması sahəsində, ölkədə iqtisadiyyat elminin inkişafı tarixində göstərdiyi xidmətinə görə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Murtuzayeva Məlahət Mustafa qızı «Ən yaxşı vətənpərvər tədqiqatçı alim» adına layiq görülmüşdür və qızıl medal ilə təltif edilmişdir.
"Azərbaycan və Rusiyanın riyaziyyatçı qadınları” adlı tarixi-riyaziyyat oçerklər toplusunda Azərbaycanın birinci riyaziyyatçı-alim qadını AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin ehtimal üsulları” laboratoriyasının rəhbəri, riyaziyyat elmləri doktoru, professor Tamilla Hilal qızı Nəsirovanın həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat nəşr edilmişdir.
"Azərbaycan və Rusiyanın riyaziyyatçı qadınları” adlı tarixi-riyaziyyat oçerklər toplusunda AMEA İdarəetmə Sistemləri İnstitutunun "Stoxastik proseslərin identifikasiyası” laboratoriyasının rəhbəri, texnika elmləri doktoru, professor Nailə Fuad qızı Musayevanın həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat nəşr edilmişdir.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq, Heydər Əliyev ideyalarının həyata keçməsi uğrunda fəaliyyəti , Vətənə xalqa layiqli xidmətlərinə görə AMEA İdarəetmə Sistemləri İnstitutunun "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Əsədova İLİN ALİMİ Ali Media mükafatına layiq görülüb.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq, Heydər Əliyev ideyalarının həyata keçməsi uğrunda fəaliyyəti , Vətənə xalqa layiqli xidmətlərinə görə AMEA İdarəetmə Sistemləri İnstitutunun "İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva İLİN ALİMİ Ali Media mükafatına layiq görülüb.
22 fevral 2017-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanmışdir. Verilişin qonağı AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev olmuşdur . Veriliş Azərbaycanda idarəetmə sistemləri istiqamətində tədqiqatların meydana gəlməsi, bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuşdur.
26 fevral 2017-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar   ümumxalq yürüşündə iştirak etmişlər. Əməkdaşlarımız Xocalı qurbanlarının əziz xatirəsinə ucaldılmış «Ana harayı» abidəsini ziyarət etmiş, erməni vəhşiliyi ucbatından Xocalı soyqırımında həlak olan günahsız Azərbaycan vətəndaşlarının   unudulmaz və əziz xatirəsini bir dəqiqəlik  sükutla yad etmişlər.