AzərbaycanРусскийEnglish
"Qlobal çağırışlar, o cümlədən dünya bazarında neftin qiymətinin düşməsi şəraitində Azərbaycan dövlət büdcəsinin strateji təhlili üçün koqnitiv vasitələr” adlı Layihənin 1-ci seminarı keçirilmişdir.
Layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 2015-ci il qrantına (ЕIF–KETPL–2015–1(25)) layiq görülüb.
Layihədə iştirak edirlər: AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, "Oil Supply” şirkəti.
Layihənin rəhbəri AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Robert Qarayevdir.
XƏİŞ-nin müdiri, AB-nin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET-in (Gələcəyin Qabaqcıl Texnologiyaları) milli təmsilçisi və HDM üzrə ələqələndirici şəxs T. Babayev 20-21 fevral 2017-ci il Tiflis şəhərində AB-nin Şərqi tərəfdaşlıq lahiyəsi cərcivəsində "HDM initiative” Rəqəmsal bazarların uyğunlaşdırılması təşəbbüsü və Azərbaycan Səhiyyə nazirliyinin Səhiyyənin informasiyalaşdırılması Mərkəzinin Monitorinq və Treyninq Şöbəsinin müdiri Emin İsmaylov ilə birlikdə EU4Digital: e-Health konfransında iştirak etmişdir.
22 fevral 2017-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda idarəetmə sistemləri istiqamətində tədqiqatların meydana gəlməsi, bu sahədə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevdir.
XƏİŞ-nin müdiri və AB-nin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET-in (Gələcəyin Qabaqcıl Texnologiyaları) milli təmsilçisi və HDM üzrə ələqələndirici şəxs T.Babayev 20 Fevral 2017-ci il Tbilisi şəhərində keçirilən AB-nin TEMPUS lahiyəsinin Modern təhsil texnologiyalarına həsr edilmiş 2-günlük konfransına aparıcı məruzəçi qismində dəvət olunmuş və AB və Şərqi tərəfdaşlıq Ölkələrinin "HDM initiative” Rəqəmsal bazarların uyğunlaşdırılması mövzusunda çıxış etmişdir.
Idarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Paşayev Fərhad Heydər oğlu 11-13 oktyabr tatixlərində Türkiyədə keçiriləçək 4-cü BEYNƏLXALQ ZƏLZƏLƏ MÜHƏNDİSLİYİ VƏ SEYSMOLOGİYA KONFRANSI adlı tədbirə göndərilən bildirişləri dəyərləndirmək üzrə HAKİM olaraq səlahiyyətləndirilmişdir.
Fevralın 15-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov "Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə elmi-tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Nazim Məmmədov qeyd edib ki, Bölmə XXI əsrin çağırışlarını, Prezident İlham Əliyevin elmi müəssisələrin qarşısında qoyduğu vəzifələri rəhbər tutaraq, yaxın illərdə Azərbaycanda fizika-riyaziyyat və texnika elmləri sahəsində tədqiqatların prioritet istiqamətlərini müəyyən edib. Bildirib ki, ötən il bölmənin elmi müəssisələrində kondensə olunmuş hal fizikası, nüvə və yüksək enerjilər fizikası, informasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri və digər prioritet istiqamətlərdə tədqiqat işləri aparılıb.
10 fevral 2017-cı il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda aşağıdakı mövzular müzakirə olunmuşdur:

1.AMEA-nın müxbir üzvlüyünə namizədlərin dəstəklənməsi haqqında.

2.Elmlər doktoru hazırlığı üzrə İnstitutun doktoranturasına və dissertanturasına qəbul haqqında...
AMEA İSİ "Fuzzy iqtisadiyyat" laboratoriyasının rəhbəri, i.e.d, professor Qorxmaz İmanovun "LAP Lambert Academic Publishing" nəşriyyatında yeni "Milli davamlı inkişaf strategiyasının keyfiyyətinin qiymətləndirilməsi modeli" kitabı çapdan çıxmışdır. Bu iş Azərbaycanın Milli davamlı inkişaf strategiyasının keyfiyyətinin qiymətləndirilməsinin qeyri səlis modellər sisteminin işlənməsinə həsr olunmuşdur və Azərbaycan Milli elmlər Akademiyasının Rəyasət Heyətinin 11 fevral 2015-ci il tarixli 5/3 nömrəli qərarına əsasən yerinə yetirilmişdir.
Yanvarin 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda "AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçirildi.

AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-in xidmət və imkanlarından, o cümlədən Multimedia Qalereyasından daha səmərəli istifadəsini təmin etmək məqsədilə keçirilən tədbirdə akademiyanın elmi-tədqiqat institut və təşkilatları, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil və elmi müəssisələrinin İKT üzrə məsul şəxsləri iştirak edirdilər.