AzərbaycanРусскийEnglish

16-18 iyun 2011 Tiflis şəhərində Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində İnformasiya cəmiyyətinə doğru: "Tədqiqat istiaqmətləri və prioritetlər " mövzusunda konfrans keçirilmişdir. Konfrans Avropa birliyi tərəfində mailiyyələşdirilən 7 ci çərçivə Proqramının (7FP) EXTEND layihəsi (www.EXTEND-ict .eu) tərəfindən təşkil edimişdir.
Konfransın məqsədi informasiya cəmiyyətinin yaradılması üçün İKT Tədqiqat və İnkişaf (ICT Research&Development) proqramının regionda həyata keçirilməsi strategiyasının və fəaliyyət planının işlənib hazırlanması və regionun daha geniş Avropa təşəbbüslərinə qoşulmasıdır. Kibernetika İnstitunun təşəbbüsü ilə konfransda Azərbaycandan 4 alim iştirak etmişdir. O cümlədən AMEA- nın Fizika İnstitunundan prof.A. Bayramov və Kibernetika İnstitutunun nümayəndələri Ə.Paşayev, E.Səbziyev və T. Babayev iştirak etmişlər . Azərbaycan nümayəndələri konfransda AB-nin İKT layəhələrinə uyğun gələn 4 layihə təklifi təqdim etmiş və müzakirələrdə iştirak etmişlər.

7 iyun 2011-ci ildə AB-nin "İstok Soyuz " layihəsi çərçivəsində Moskvada "İnformasiya cəmiyyəti texnologiları Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün açıq biliklərə doğru yoldur” mövzusunda konfransda kibernetika İnstitutunun nümayəndəsi iştirak və 2010-2015 ci illər üçün Azərbaycanda İKT sahəsində həyata keçirilən elmi tədqiqat işlərinin prioritet istiqamətləri barədə prezintasiya ilə çıxış etmişdir.

Müdafiənin keçirildiyi tarix
27.05.2011
İddiaçının adı
Süleymanov Akif Şamil  oğlu
İşin adı
"İnformasiya şəbəkələrində mətn sənədlərinin emalının intellektləşdirilməsinin modelləri və üsulları”
İxtisas şifri və ixtisasın adı
05.13.01 "Sistemli analiz , idarəetmə və informasiyanın işlənməsi”
Elmi rəhbər
Texnika elmləri doktoru, AMEA-nın həqiqi üzvü professor Abbasov Əli Məmməd oğlu
Elmi dərəcə
Texnika üzrə  fəlsəfə doktoru

19-20 May 2011-ci il Macarıstanın Budapeşt şəhərində AB nin 7ci çərçivə proqramlarının İKT istiqamətində 2011-2012 ci illər üçün elan olunacaq tenderlərə həsr edilmiş ( Budapest Proposers-Day 2011) İnfo-Gün və Konfransı keçirilmişdir. Kibernetika institutunun nümayəndəsi bu görüşdə iştirak edərək Azərbaycan adından 8 layihə barədə informasiya təqdim etmişdir.( O cümlədən AMEA Fizika instututunun 1 layihəsi və Kibernetika institutunun 7 layihə təklifləri). Təqdim olunan layihələr arasında "Robast texnologiyanın və küy-monitorinq nəzəriyyəsinin tətbiqi ilə ürək-damar sisteminin reosiqnalarının emalı üçün mobil proqram-aparat kompleksinin işlənməsi” böyük marağa səbəb olmuşdur . İspaniya (İMAXDİ.COM), Polşa (SİLVERMEDİA) və İngiltərə (Intelligent Systems Research Laboratory University of Reading , Whiteknights ) elmi tədqiqat müəssisələri tərəfindən layihə konsorsiumu yaratmaq üçün təkliflər alınmışdır.

Müdafiənin keçirildiyi tarix
22.04.2011
İddiaçının adı
Tağiyev Rafiq Qələndar oğlu
İşin adı
"Xüsusi törəməli tənliklərin əmsalları ilə optimal idarəetmə məsələləri”
İxtisas şifri və ixtisasın adı
01.01.09 "Diskret riyaziyyat və riyazi kibernetika”
Elmi rəhbər
Riyaziyyat elmləri doktoru, professor İsgəndərov Asəf Daşdəmir oğlu
Elmi dərəcə
Riyaziyyat elmləri doktoru
4 №-li  P R O T O K O L
 
20 aprel 2011-ci il
 
1.     Yubileylər haqqında (Q.C.Omanov – 70)
2.     İnstitutda aparılan elmi-tədqiqat işlər əsasında 2011-ci ildə 
     planlaşdırılan layihələrin hazırlanması və müzakirəsi.
3.     2010-cu il üzrə elmi-tədqiqat işlərinin hesabatları haqqında 
          4.  Aparıcı elmi işçi, t.e.d. A.H.Rzayevin baş elmi işçi vəzifəsinə keçirilməsi
          haqqında
     5.  t.e.d., elmi işlər üzrə direktor müavini O.Q.Nüsrətova professor elmi adı
          veriməsi haqqında
     6. İnstitutun keçmiş doktorantı Ə.Q.Əfəndiyevin dissertasiya işinin
         mövzusunun və ixtisasın dəqiqləşdirilməsi haqqında
     7. İnstitutun  dissertantı İ.İ.Səfərlinin dissertasiya işinin mövzusunun
         dəqiqləşdirilməsi haqqında
8. Azərbaycan Respublikasinın Dövlət müstəqilliyinin bərpasinin 20 il 
    dönümünə həsr olunmuş Kibernetika institutu üzrə sərgi haqqında.
9. Yaz sessiyasında ixtisas üzrə imtahan verənlərin əlavə proqramlatın təsdiqi
    haqqında.
      10. Cari məsələlər.
12 aprel 2011-ci ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda Мəstəliyev Rəşad Oqtay oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 01.01.09 – "Diskret riyaziyyat və riyazi kibernetika" ixtisası üzrə yerinə yetirdiyi "Исследование одного класса дискретных задач оптимального управления" mövzusu və Hüseynov Oleq Hacıağa oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 05.13.06 – "Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması və idarəetməsi" ixtisası üzrə yerinə yetirdiyi "Синтез системы управления на основе технологии computingwithword (вычисления со словами)" mövzusu üzrə dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Müdafiənin keçirildiyi tarix
18.03.2011
İddiaçının adı
Quliyev Rövşən Ağakişi oğlu
İşin adı
"Azhasilatlı neft quyularının məhsuldarlığının artırılması üsulunun seçilməsi  ”
İxtisas şifri və ixtisasın adı
05.13.18  "Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri ”
Elmi rəhbər
Texnika elmləri doktoru, professor AMEA-nın həqiqı üzvü Abbasov Əli Məmməd oğlu
Elmi dərəcə
Texnika elmləri doktoru
3 №-li  P R O T O K O L U
 
10 mart 2011-ci il
 
     1. Mülki müdafiə üzrə aparılan işlərin proqramı haqqında.
2.     Azərbaycan Respublikasinın dövlət müstəqilliyinin bərpasinin 20 il dönümü
          üzrə Kibernetika institutu üzrə məlumatlar haqqında.
 
3.     2011-ci ildə keçirilən doktorantların elmi konfransı haqqında.
 
4.     Cari məsələlər (yubileylər, Novruz bayramı, sərəncamlar)
01 mart 2011-cu ildə AMEA Kibernetika İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir.
Seminarda  Suleymanov Akif Şamil oğlunun texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün 05.13.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi "Модели и методы интеллeктуализации обработки текстовых документов в информационных сетях" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.