AzərbaycanРусскийEnglish
Avropa Birliyinin (AB) və digər beynəlxalq təşkilatların maliyələşdirdiyi layihələrdə Azərbaycan Texniki Universitetinin(AzTU) uğurlu iştirakı üçün Universitetdə layihələrin hazırlanması üzrə nəzarət qrupu yaradılacaq. Bu məqsədlə Avropa Birliyinin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) üzrə milli təmsilçisi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev AzTU-da olub.
16 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Həsənov Vasif İlkan oğlunun t.e.d., dosent R.R. Rzayevin rəhbərli ilə 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Açıq korporativ şəbəkə mühitində informasiya təhlükəsizliyini təmin edən intelektual inteqrasiya sistemlərinin qurulması” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
İdarəetmə Sistemləri İnstitutunun Xarici Əlaqələr və İnnovasiya şöbəsinin müdiri, Avropa Birliyinin "Horizon-2020" Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramının Azərbaycanda İKT və FET-in (Gələcəyin Qabaqcıl Texnologiyaları) milli təmsilçisi və HDM üzrə ələqələndirici şəxs Tofiq Babayev və Azərbaycan Gömrük Komitəsi Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov 15-16 dekabr Litvanın Vilnüs şəhərində 1-ci EU4Digital: elektron ticarət üzrə seminarda iştrak etmişdilər. Bu seminar AB-nin HDM təşəbbüsünün 2-ci panel iclasında (2nd HDM panel) təklif edilmişdir. EU4Digital şəbəkəsi Şərqi Tərəfdaşlıq və AB-nin partnyorları arasında kiçik və orta sahibkarlar üçün "eketron ticarət”, "elektron gömrük”, "elektron logistika”, rəqəmsal nəqliyyat dəhlizləri sahələri üzrə əməkdaşlıq və elektron ticarət əməliyyatları ücün təşviqi məkan yaradılmışdır.
16 dekabrda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135   illiyi  ilə əlaqədar keçirilən müsabiqə və qaliblərin təltifetmə mərasimi keçirilmişdir.

Tədbir çərçivəsində  "İKT üzrə ən yaxşı kitab”, "İKT üzrə ən yaxşı elmi məqalə”nin müəyyənləşdirilməsi üçün keçirilən  müsabiqənin qalibləri mükafatlandırılıb.
15 dekabr 2016-cı il tarixində Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr olunan "Riyaziyyatın tətbiqi məsələləri və Yeni İnformasiya Texnologiyaları” mövzusunda III Respublika Elmi konfransı başlamışdır. Konfrans Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilir.
1 dekabr 2016-cı il tarixində İdarəetmə Sistemləri İnstitutunda 01.12.2016-31.05.2017-ci il tarixləri arasında təcrübə keçəcək "SABAH” qruplarında təhsil alan tələbələrlə görüş keçirilmişdir. Görüşü institutun direktoru, akademik Telman Əliyev açaraq, tələbələrə Azərbaycanda İKT elminin keçdiyi inkişaf yolundan bəhs etdi və onlara uğurlar arzuladı. Sonra tələbələr təcrübə keçəcəkləri laboratoriyalar və rəhbərlər ilə tanış oldular.
01 dekabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunda Əmiraslonova Zərbaf Nüsrət qızının r.ü.f.d., dosent Ə.Paşayevın rəhbərli ilə 1203.01 – "Kompyuter elmləri” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Dəmir-beton konstruksiyalarında metal sərfinin optimallaşdırılması” mövzusunda təqdim olunmuş dissertasiya işinin müzakirəsi keçirildi.
Koqnitiv modelləşdirmə (http://rabitadunyasi.info.az) – mürəkkəb sistemlərin və mürəkkəb problemli situasiyaların model eksperimenti və idarə edilməsi üçün geniş imkanlar açan yeni intellektual multidistiplinar texnoloji platformadır.

İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri Qarayev Robert Əsədulla oğlunun "Turkish Journal of Fisheries and Aquatic Sciences”, (Thomson Reuters, Science Citation Index, SCI Expanded, Scopus), "Journal of Fisheries and Aquatic Science” (Science Citation Index, Scopus), "Global Journal of Advanced Research” jurnallarında çap olunan "Methodology to Develop a Recovery Strategy for the Sturgeon Stocks of the Caspian Sea” məqaləsində Xəzərin nərə balığı populyasiyalarının bərpası strategiyasının koqnitiv modelləşdirmə metodologiyası təklif olunmuşdur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, "Huawei” şirkətinin sponsorluğu ilə 29-30 noyabr tarixlərində "Bakutel-2016” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Hilton"otelində "Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçirilmişdir.
Konfransda "Huawei”, "SAP” və "Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların  nümayəndələri iştirak etmişdir.
Tədbir çərçivəsində "İKT strategiyası və "Əşyaların İnterneti”nə dair Planlar”, "Əşyaların İnterneti” Mühiti və Marketinq Təhlili” ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunmuşdur. Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olundu.
Konfrasda AMEA İSİ "Xarici əlaqələr və innovasiya" şöbəsinin rəhbəri, t.ü.f.d. T.Babayev,  elmi işçilər A.Əliyeva və S.Babayeva da iştirak etmişdirlər.