AzərbaycanРусскийEnglish
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 601s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2016/2017-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2016-cı il noyabrın 28-dən dekabrın 16-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
21-25 noyabr 2016-cı il tarixlərində Avstriyanın Linz şəhərində Avstriya Eləmlər Akademiyasının Yohan Radon adına Hesablama və Tətbiqi Riyaziyyat İnstitutu tərəfindən təşkil olunan "Elmdə və mühəndislikdə hesablama üsulları” adlı xüsusi semestr çərçivəsində "Optimal idarəetmə və əlaqəli sahələrdə Hamilton-Yakobi tənlikləri üçün ədədi üsullar” mövzusunda Beynəlxalq konfrans keçirilib ("Numerical methods for Hamilton-Jacobi equations in optimal control and related fields”). Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar iştirak edib.
18 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda  t.e.d., dosent R.R. Rzayevın rəhbərliyi ilə Göyüşov Aydın İslam oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Rabitə xidmətlərinin keyfiyyətini qiymətləndirən neyro-fuzzy modellərin və alqoritmlərin işlənilməsi" mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçirilmişdir.
Noyabrın 18-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti seminar keçirilib. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə keçirilən seminar AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü, Gənc Alim və Mütəxəssislər Şurası və Müəllif Hüquqları və Patent şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
15 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 3.5 saylı " Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə" laboratoriyasının, 4.3 saylı " Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi” laboratiyasının, 1.6 saylı "  İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri ” laboratoriyasının və  2.1 saylı "İdarəetmənin riyazi məsələləri” laboratoriyasının  2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
18 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilcək. İclasda  t.e.d., dosent R.R. Rzayevın rəhbərliyi ilə Göyüşov Aydın İslam oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Rabitə xidmətlərinin keyfiyyətini qiymətləndirən neyro-fuzzy modellərin və alqoritmlərin işlənilməsi" mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçiriləcək.
14.11.2016-cı il tarixində AMEA Rəyasət Heyətində Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İclasda tərəflər arasında innovasiya sahəsində əməkdaşlığın inkişaf mexanizmləri və perspektivləri müzakirə olunub. Iclasda İşçi Qrupunun Belarus tərəfdən rəhbəri, Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsi sədrinin birinci müavini Andrey Kosovskinin rəhbərliyi altında Belarusiya nümayəndə heyətinin üzvləri və AMEA- nın nümayəndələri o cümlədən İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Əliyev Telman, laboratoriya müdiri, texnika elmləri doktoru Quluyev Qəmbər, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babayev Tofiq, laboratoriya müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Paşayev Ədalət, aparıcı elmi işçi, riyaziyyat üzrə fəlsəfə doktoru Səbziyev Elxan da iştirak etmişdirlər.
11 oktyabr 2016-cı il tarixində keçirilən elmi şurada   2.4 saylı "Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə” laboratoriyasının aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Məstəliyev Rəşad Oqtay oğlu Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri təyin olunmuş və elmi şuranın üzvləri tərəfindən təsdiq edilmişdir.
Gənc Alim və Mütəxəssislər Şurasının keçmiş sədri aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Rüstəmov Samir Sabir oğlu idi.
6-11 noyabr 2016-cı il tarixində Volqoqrad şəhərində gənclərin Avropada tarixi yaddaşın qorunmasına dair "İkinci dünya müharibəsinin yaddaşı və nəticələri” III Beynəlxalq seminarı keçirilmişdir. Seminarın mövzusu ilə əlaqəli olan Avropa Şurası ölkələrindən, MDB ölkələrindən, və başqa ölkələrdən 80 nəfər gənc iştirak edirdi.

AMEA İSİ "Xarici əlaqələr və innovasiya” şöbəsinin elmi işçisi Puşnova Valeriya seminarın qrup müzakirələrində müasir cəmiyyətdə tarixi yaddaşın qorunması suallarına dair öz ailəsinin və Azərbaycanın timsalında təqdimatla çıxış etmişdir. Həmçinin Puşnova Valeriya Azərbaycandan olan başqa iştirakçılarla birgə Azərbaycan diaspora nümayəndələri ilə və Volqoqdadda Azərbaycan Gənclər Təşkilatı nümayəndələri ilə görüşlərdə iştirak etmişdilər.