AzərbaycanРусскийEnglish
11 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 3.6 saylı "Biliklərin intellektual analizi" laboratoriyasının, 2.2 saylı "Stoxastik idarəetmə və tətbiqi statistika” laboratiyasının və 3.4 saylı "Ekoloji proseslərin modelləşdirilməsi ” laboratoriyasının   2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters” şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün "Web of Science” mükafatları – 2016- nı təqdim edib.

Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində aparıcı elmi axtarış platforması olan "Web of Science” bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi-tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.
8 noyabr 2016-cı il tarixində Fairmont Hotelində Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən "Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda təlim seminarı keçirilib. Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan əlavə, təlim seminarında inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub, həmçinin beynəlxalq verilənlər bazalarında işin optimallaşması barədə məlumat verilib.
8 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda İSİ-nin böyük elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru  Axundova Elmira Məmmədəli qızı  Avropa Nəşr Evinin təsis etdiyi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim Qızıl medalı” ilə təltif olunmuşdur. Bu medalla texniki sahədə elmi yenilikləri olan, samballı jurnallarda məqalələri çap olunan alimlər təltif edilirlər.
8 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 1.9 saylı "Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri" laboratoriyasının, 1.5 saylı "Texniki obyektlərin monitorinqi  və nəzarət sistemləri” laboratiyasının, 1.10 saylı "Neft və qaz məhsulların nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması” laboratoriyasının, 1.7 saylı "İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının və 1.2 saylı "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasinın   2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
7 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 3.1 saylı "Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı" laboratoriyasının  və 6 saylı "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin  2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
4 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 1.4 saylı - "Stoxаstik proseslərin identifikasiyası laboratoriyasının",  1.8 saylı- "Qeyri-stasionar proseslərin real vaxt rejimində analizi üsulları" laboratoriyasının , 2.3- saylı "Teletrafik nəzəriyyəsi" laboratoriyasının   2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
3 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun növbəti iclası keçirilmişdir. İclasda 2.5 saylı ”Diskret optimallaşdırılma modelləri və üsulları” laboratoriyasının, 2.6 saylı "İdarəetmənin ehtimal üsulları” laboratoriyasının, 3.7 saylı "Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə” laboratoriyasının və 3 saylı "İdarəetmə üsulları və modelləşdirmə” şöbəsi 2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının Xarici Üzvü seçilmişdir. Bu, onun çoxillik səmərəli elmi fəaliyyətinə, əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir, eyni zamanda, Azərbaycan elminin növbəti ciddi uğurudur.
 
AMEA İdarəetmə Sistemləri İnstitutunun kollektivi Abel Məhərrəmovu bu münasibətlə təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayır, Azərbaycan elmini beynəlxalq aləmdə layiqincə təmsil etdiyinə görə minnətdarlığını bildirir!
2 nopyabr 2016-cı il tarixində "Beynəlxalq əlaqələr və innovasiya” şöbəsinin növbəti daxili seminarı keçirilmişdir. Seminarda şöbənin rəhbəri t.e.n. Babayev Tofiq və təmsilçiləri iştirak etmişdirlər. Seminarda www.isi.az və www.telmanaliev.az saytlarının monitorinqini aparılmışdir.  Administrasiya və redaktə heyyəti  İl ərzində yerinə yetirilən işlər barədə hesabat vermişdirlər. Həmçinin  irəli sürülən təkliflər müzakirə olunmuş və növbəti ay üzrə görüləcək işlər qeydə alınmışdir.